Birləşmiş Ştatlar İraqda böhranla bağlı İran körfəzinə təyyarə daşıyan gəmi göndərilməsi haqda qərar verib.
Pentaqonun sözçüsü, kontr-admiral Con Körbi Müdafiə naziri Çak Heygelin ABŞ-ın 41-ci prezidenti Corc Buşun adını daşıyan USS George H.W.Bush hərbi gəmisinin Ərəbistan dənizinin şimalından İran körfəzinə göndərilməsi haqda qərar verdiyini bildirib.
Kontr-admiral Körbi deyib ki, bu qərarla İraqda Amerika vətəndaşları və ABŞ-ın maraqlarının müdafiə olunması məqsədilə hərbi variantın lazım olduğu halda prezident Barak Obamaya əlavə imkanların verilməsi nəzərdə tutulur.
Təyyarə daşıyan gəmidə raketatıcı və raketlərdən müdafiə qurğuları var.
ABŞ prezidenti Barak Obama cümə günü Ağ Evdə İraqda vəziyyətlə bağlı bəyanatında administrasiyasının tez zamanda müxtəlif variantları nəzərdən keçirəcəyini bildirib. Prezident Obama İraqda yenidən ABŞ hərbi qüvvələrinin göndərilməyəcəyini deyib.