Accessibility links

Barak Obama: Bir neçə gün ərzində Amerikanın İraqa yardımı müəyyən ediləcək


ABŞ prezidenti milli təhlükəsizlik müşavirlərinin Amerikanın İraqa yardım variantlarını nəzərdən keçirdiyini bildirib.

Barak Obama deyib ki, İraqa qüvvə göndərmək niyyətində deyil. Ağ Evdə danışan ABŞ dövlət başçısı bir neçə gün ərzində Amerikanın göstərəcəyi yardımın müəyyən ediləcəyini söyləyib.

Prezident İSİL yaraqlılarının İraqın bəzi bölgələrini alt-üst etdiyini və bunun Bağdad hökumətinə ciddi təhlükə yaratdığını bildirib. O, bütün bunların Amerikanın maraqlarına da hədə olduğunu vurğulayıb.

Obama Amerikanın İraqa yardımının İraqın fikir ayrılıqlarını bir kənara qoyub bərabər çalışan liderlərinin əməlləri ilə üst-üstə düşməsinin vacibliyini qeyd edib.

Prezident deyib ki, İraq rəhbərliyi ağır qərarlar və kompromisə hazır olduğunu nümayiş etdirməlidir.
XS
SM
MD
LG