Accessibility links

Baydenin milli təhlükəsizlik müşaviri İranla bağlı müzakirələr üçün İsrailə səfər edəcək


ABŞ Bayden administrasiyasının yüksək səviyyəli rəsmisinin bazar ertəsi bildirdiyinə görə, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan İsrailin baş naziri Naftali Bennettlə İranın nüvə proqramı ilə bağlı ətraflı müzakirələr aparmaq üçün bu həftə İsrailə səfər edəcək.

Rəsmi Sallivanla birlikdə İsrailə Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə direktoru Brett Makqork və ABŞ-ın digər rəsmilərinin də gedəcəyini bildirib. Onun dediyinə görə, rəsmilər eləcə də ABŞ-ın fələstinlilərlə əlaqələrinin gücləndirilməsi məsələsini müzakirə etmək üçün İordan çayının Qərb Sahilində, Ramallahda Fələstin prezidenti Məhəmməd Abbasla da görüşəcək.

Lakin səfər zamanı daha çox İrandan gələn təhdidlərin müzakirəsi üstünlük təşkil edəcək. Belə ki, Vyana keçirilən 2015-ci il nüvə sazişi ilə bağlı danışıqlar olduqca yavaş irəliləyir.

Adının çəkilməsini istəməyən Bayden administrasiyasının rəsmisi jurnalistlərə ABŞ və İsrail rəsmilərinin İranla gələcək müzakirələrin necə aparılacağı barədə danışacaqlarını bildirib.

“Biz İranın nüvə proqramının vəziyyəti və bəzi vaxt qrafikləri haqqında danışacağıq. Bu, üzbəüz oturub işlədiyimiz vaxt çərçivəsi haqqında danışmaq və çox vaxtımızın olmadığını bir daha vurğulamaq üçün yaxşı fürsət olacaq" - deyə, rəsmi bildirib.

Bayden administrasiyasının rəsmisi bildirib ki, İranın nüvə silahı istehsal etməsinə yol verilməməsi mövzusunda Birləşmiş Ştatlar və İsrail tam razılığa gəlib.

Sallivan israillilərlə danışıqlarında ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təkrar edəcək.

Bəyanatda deyilib ki, Sallivan Ramallahda Mahmud Abbasla ABŞ-Fələstin əlaqələrini gücləndirmək, həm fələstinlilər, həm də israillilər üçün sülh və təhlükəsizliyi inkişaf etdirmək səylərini müzakirə edəcək.


Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG