Accessibility links

Johnson & Johnson əczaçılıq şirkətinin bir dozluq peyvəndi təsdiq edildi


ABŞ-ın Ərzaq və Dərman Administrasiyası Johnson & Johnson əczaçılıq şirkətinin bir dozluq peyvəndinin istifadəsinə rəsmi olaraq icazə verərək, bazar ertəsindən etibarən bu peyvəndin istifadəsinə yol açıb.

Üç qitədə aparılan araşdırmaların nəticələri Johnson & Johnson peyvəndinin koronavirusun səbəb olduğu COVID-19-un ağır formalarının, xəstəxanaya aparılmanın və ölüm hallarının 85% qarşını aldığını göstərib. Bu peyvənd Cənubi Afrika variantının yayıldığı ölkələrdə də təsirlidir.

Koronavirus və onun narahatlıq doğuran mutasiyalarının qarşısıpnı tez bir zamanda almağa çalışan səhiyyə rəsmiləri bu peyvəndi səbirsizliklə gözlənilirdi. Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, şənbə günü axşama qədər Amerikada COVID-19-a 28.5 milyondan çox insan yoluxub, təxminən 512 min nəfər ölüb.

Prezident Co Bayden şənbə günü axşam verdiyi açıqlamasında bunun "bütün amerikalılar üçün həyəcanverici xəbər" olduğunu deyib və amerikalıları ehtiyatlı olmağa çağırıb.

"Mən aydınlıq gətirmək istəyirəm, bu mübarizənin bitməsinə hələ çox var. Mən bütün amerikalıları əllərini yumağa, sosial məsafə saxlamağa, maska taxmağa davam etməyə çağırıram. Dəfələrlə dediyim kimi, yeni variantlar yayıldıqca vəziyyət yenə də pisləşə və hazırkı inkişaflara mənfi təsir edə bilər.”

Ərzaq və Dərman Administrasiyasının məsləhət paneli peyvəndi cümə günü təsdiqləməsi agentliyin icazəsinə yol açıb.

Bir dozlu peyvənd Pfizer-BioNTech və Moderna tərəfindən istehsal olunan iki dozlu peyvəndlərdən sonra Ərzaq və Dərman Administrasiyası tərəfindən koronavirusa qarşı təsdiqlənmiş üçüncü peyvənddir.

Associated Press xəbər agentliyi Johnson & Johnson-un mart ayının sonuna qədər ABŞ-a 20 milyon, yay aylarına qədər 100 milyon doz peyvənd çatdırmağı planlaşdırdığını bildirib.

Johnson & Johnson Ümumdünya Səhiyyə Təşkilatından peyvəndindən fövqəladə hallarda Avropada da istifadəsi üçün icazə istəyib.

XS
SM
MD
LG