ABŞ-dakı 617000-dən çox körpünün təxminən 40% -i ən azı 50 yaşındadır və onlardan 46000-dən çoxu təhlükəli vəziyyətdədir. Körpü üzrə müfəttişlərin işi bu struktur çatışmazlıqlarını tapmaq və müəyyən etməkdir.
Müfəttiş və mühəndis Zohid Səlahədinov səhər iş gününə 120 metrlik bir körpünü yoxlamaqla başlayır. "Mən əslən Özbəkistandanam. ABŞ-a 2015-ci ildə, Nebraska Omaha Universitetinin İnşaat Memarlıq Mühəndisliyi Kollecinə qəbul olanda gəlmişəm."
ABŞ-da iş tapmaq beynəlxalq tələbələr üçün asan deyil. Əsasən də iş vizası almaq üçün uzun və çətin bir müddət gərəkdir. Ancaq Səlahədinov bir mühəndis olaraq ABŞ-da onun ixtisasına böyük tələbat olduğundan asanlıqla iş tapacağına əmin idi və haqlı idi. “İki il əvvəl mülki mühəndislik ixtisası üzrə bakalavr dərəcəsi ilə məzun oldum və Kolorado ştatının Denver şəhərində yerləşən Engineering Operations adlı yeni başlayan bir şirkətindən iş təklifi aldım. Şirkətimiz körpü dizaynı və yoxlama xidmətləri təklif edir.”
Lakin mühəndislik işin yalnız bir hissəsidir. Müfəttişlərdən körpüyə dırmaşmaq və dalğıc etmək kimi əsas işlər də tələb olunur. “Bəzi körpülərin suyun altında xüsusi olaraq yoxlanması tələb olunur. Şirkətimizin apardığı yoxlamalardan biri Koloradodakı Mavi Mesa Su Anbarı idi. Orada 120 metrə qədər suyun dərininliyə girmək tələb olunurdu. ABŞ-da bir çox şirkət bu cür xidmətləri təklif edə bilmir ki, bu da bizim sahənimisilsiz edir. Orada çox sayda mühəndis var, amma hamısının dırmaşma və ya suyun altına girmə təcrübəsi yoxdur.”
Lakin Səlahədinovun işi təhlükəli ola bilər. "Dalğıc üçün əsas problemlərdən biri dekompressiya xəstəliyidir. Bu, azot da daxil olmaqla, həll olunmuş qazların çıxarkən dalğıcların bədənlərinə təsir etməsidir."
Salahədinovun işində ehtiyac duyulan digər bir tələb dronların idarə edilməsidir. O, işinin bu hissəsinə o qədər aşiq olub ki, uçan dronlar artıq onun hobbisinə çevrilib. “Xüsusilə körpü çox yüksək yüksək olduqda, yoxlamalar üçün dronlardan istifadə edirik. İşimin bu tərəfi hobbiyə - dron kinematoqrafiyasına başlamağıma səbəb oldu.”
İşindəki bu yeniliklər Səlahədinova yalnız iş deyil, bir hobbi, bir ehtiras və həyata yeni bir baxış bəxş edib.