Accessibility links

ABŞ kəşfiyyatının hesabatı: Rusiya, Çin və İran ABŞ-ın aralıq seçkilərinə müdaxilə etməyə çalışıblar


ABŞ Milli Kəşfiyyat direktoru Dan Kots
ABŞ Milli Kəşfiyyat direktoru Dan Kots

ABŞ kəşfiyyatının ən yüksək vəzifəli rəsmisi deyir ki, Rusiya, Çin, İran və başqa ölkələr ABŞ-da keçirilmiş 2018-cin il aralıq seçkisində seçicilərə təsir göstərməyə çalışıblar. Lakin rəsmi əlavə edib ki, bu cəhdlərin seçki nəticələrini təsirləndirdiyini göstərən əlamətlər yoxdur.

Milli Kəşfiyyat İdarəsinin direktoru Dan Kots dekabrın 21-də bəyan edib ki, “Rusiya, habelə Çin və İran da daxil başqa ölkələr öz strateji maraqlarını həyata keçirmək üçün ABŞ-ı hədəfləyən təsir fəaliyyətləri və mesajlaşma kampaniyaları aparıblar”.

Lakin Kots əlavə edib ki, ABŞ kəşfiyyat icmasının təhqiqatı xarici elementlərin seçki prosesinə nüfuz edə bildiyinə dair heç bir dəlil aşkar etməyib: "Hazırda kəşfiyyat icmasında ölkədə səsvermənin qarşısını alacaq, səs sayılmasını dəyişəcək şəkildə pozulduğunu göstərən əlamətlər barədə məlumatlar yoxdur.”

Kots əlavə edib ki, “seçki sisteminin tamlığını və ya daha geniş mənada demokratiyamızı qoruyub saxlamaq kəşfiyyat orqanlarının əsas prioritetidir”.

Təhqiqatın nəticələri prezident Donald Trampa və seçki təhlükəsizliyinə cavabdeh başqa strukturlara təqdim edilib.

2018-ci il aralıq seçkilərinə dair hesabatda Kots bildirib ki, kəşfiyyat orqanları xarici səylərin seçki nəticələrinə mümkün potensial təsirini qiymətləndirməyiblər.

Demokrat senator, Senatın Kəşfiyyat Komitəsinin rəhbərlərindən Mark Uorner Kotsun hesabatını şərh edərkən deyib ki, Rusiyanın müdaxiləsi 2016-ci il seçkisi ilə başa çatmayıb.

O bildirib ki, “Rusiyadan nümunə götürən başqa ölkələr də cəmiyyətimizin açıqlığından sui-istifadə edərək adamlarımız arasına ixtilaf salmağa hələ çox cəhdlər göstərəcək”.

Prezident Trampın sentyabrda imzaladığı sərəncama görə, səsvermələri manipulyasiya etmək istəyənlərə qarşı sanksiyalar tətbiq ediləcək.

XS
SM
MD
LG