Accessibility links

ABŞ kəşfiyyatının son məlumatları Bağdadiyə qarşı əməliyyatı mümkün edib


Ağ Evin açıqladığı bu fotoda prezident Donald Tramp, Vitse-prezident Mayk Pens, Müdafiə naziri Mark Esper və milli təhlükəsizlik komandasının üzvləri Suriyada Bağdadiyə qarşı əməliyyatın gedişini izləyir.
Ağ Evin açıqladığı bu fotoda prezident Donald Tramp, Vitse-prezident Mayk Pens, Müdafiə naziri Mark Esper və milli təhlükəsizlik komandasının üzvləri Suriyada Bağdadiyə qarşı əməliyyatın gedişini izləyir.

ABŞ-ın Müdafiə Naziri Mark Esper və Vitse-prezident Mayk Pens kəşfiyyatın son məlumatlarının xüsusi təyinatlı qüvvələrin İŞİD lideri Əbu Bəkr Əl-Bağdadiyə qarşı prezident Trampın bu həftənin əvvəli təsdiq etdiyi hücumun keçirilməsini təmin etdiyini bildiriblər.

Vitse-prezident Mayk Pens CBS tele kanalına bildirib ki, ABŞ artıq keçən həftənin cümə axşamı Bağdadinin Suriyada İdlibdəki istehkamında ola biləcəyi ilə bağlı “yüksək ehtimala” malik idi. O, ABŞ-ən şənbə günü səhər həmin gün gecə əməliyyatın keçirilməsinə imkan verən “əsaslı kəşfiyyat” məlumatlarını əldə ediyini əlavə edib.

ABŞ rəsmisi Amerikanın Səsinə əməliyyatın İraqdakı bazadan keçirildiyini bildirib.

Müdafiə naziri Mark Esper əsgərlərin Bağdadini ələ keçirmək niyyətində olduqlarını, lakin onu öldürməyə hazır olduğunu bildirib. Xüsusi təyinatlı qüvvələr Bağdadini təslim olmağa çağırıb.

“O imtina etdi. Aşağıda yeraltı əraziyə getdi və onu ələ keçirməyə cəhd edilərkən intiharçı gödəkçəsini partlatdı. Biz onun özünü öldürdüyünə inanırıq” - deyə, Esper CNN tele-kanalına bildirib.

Pensin bildirdiyinə görə, prezident cümə günü səhər hərbi liderlərin ona təqdim etdiyi variantları nəzərdən keçirib.

“O onları nəzərdən keçirdi, çox gözəl suallar verdi və bizim düşündüyümüzə görə, bizə uğur və İŞİD başçısının orada ola bilməsi, ələ keçirilməsi, ya da öldürülməsi üçün ən yüksək ehtimalı təmin edə biləcək bir variant seçdi” – deyə, Esper əlavə verib.

ABŞ Müdafiə naziri ABŞ-ın iki əsgərinin əməliyyat zamanı “yüngül” xəsarət aldığını və xidmətə qayıtdığını bildirib.

Tramp Ağ Evə əməliyyatın detalları ilə bağlı verdiyi açıqlamalarda ordunun bir itinin yaralandığını deyib.

XS
SM
MD
LG