Accessibility links

ABŞ Kabildəki sonuncu dron zərbəsinin "faciəvi bir səhv" olduğunu qəbul edib


Əfqanlar Əhmədi ailəsinin evinə dəymiş ziyanı yoxlayır.
Əfqanlar Əhmədi ailəsinin evinə dəymiş ziyanı yoxlayır.

ABŞ-ın Əfqanıstandan insanları təxliyə etdiyi günlərdə həyata keçirdiyi pilotsuz təyyarə zərbəsi Kabildəki beynəlxalq hava limanına hücum etmək istəyən bir terrorçunu öldürməyib, əksinə bir işçi və yeddi uşaq da daxil olmaqla 10 mülki şəxsi öldürüb.

ABŞ qoşunlarının bölgədəki komandanı cümə günkü etirafında, insanların iddiaları və mediada çıxan xəbərlərdən sonra, 29 Avqustda “Cəhənnəm” atəşi ilə vurulan hədəfin heç vaxt təhlükə yaratmadığını qəbul edib.

ABŞ Mərkəzi Komandanlığının komandanı general Kennet "Frank" Makkenzi Pentaqonun müxbirlərinə video bağlantı vasitəsi ilə verdiyi açıqlamada, "Bu zərbə qüvvələrimizin və hava limanında təxliyə olunanların üzləşdiyi təhlükənin qarşısını alacağına inandığımız üçün edildi", deyə bildirib: "İndiki araşdırmamız bizi zərbənin faciəvi bir səhv olduğu qənaətinə gətirir."

Makkenzi İŞİD-Xorasan olaraq da bilinən Əfqanıstandakı İŞİD qruplaşmasının qısaltmasını istifadə edərək, "İndi avtomobilin və ya ölənlərin İŞİD-K ilə əlaqəli olmadığını ehtimal edirik", deyə vurğulayıb.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin də səhv zərbəyə görə üzr istəyib.

Ostin "Müdafiə Nazirliyinin kişi və qadınları adından həlak olanların sağ qalan ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Üzr istəyirik və bu dəhşətli səhvdən dərs çıxarmağa çalışacağıq", deyib.

Üzrxahlıq həftələrdir hava hücumunu müdafiə edən ABŞ ordusu üçün dramatik bir dönüş olub. ABŞ-ın ən yüksək rütbəli zabiti, Birləşmiş Qərargah Rəisləri Birliyi Başçısı General Mark Mayli zərbəni "doğru qərar" olaraq müdafiə etməsindən cəmi bir neçə gün sonra baş verib.

Mayli Pentaqon müxbirlərinə sentyabrın 1 -də deyib: "Öldürülən adamlardan ən azı birinin İŞİD-in köməkçisi olduğunu müxtəlif vasitələrdən bilirik. Prosedurlara düzgün əməl olunub.”

Hətta o zaman zərbə yerindən gələn hesablar fərqli bir hekayə danışırdı. Deyilənə görə, ABŞ-ın pilotsuz uçan raketi İŞİD-Xorasan köməkçisini öldürmək əvəzinə, Kaliforniyada yerləşən “Beynəlxalq Qidalanma və Təhsil” təşkilatının köməkçisi Ezmarai Əhmədini partladıb.

Ailə üzvləri digər ölüm hadisələrinin də Əhmədinin qızı, qardaşı oğlanları və bacısı qızları olduğunu söyləyib.

Daha sonra New York Times və Washington Post tərəfindən edilən əlavə araşdırmalar ABŞ-ın zərbənin İŞİD-Xorasan terrorçusunu məhv etdiyi iddiasını daha da şübhə altına alıb.

Times araşdırması ABŞ səlahiyyətlilərinin partlayıcı maddələrlə doldurulduğunu düşündüyü ağ rəngli Toyota Corolla avtomobilinin əslində su qabları daşıdığı müəyyən edilib. Əhmədinin ABŞ tərəfindən göydən seyr edilən şübhəli dayanacaqları həmkarlarını götürmək və su çatdırmaq üçün dayanacaqlar idi.

"Səhv etdiyimizi düşündüyümüz üçün zərbəni həyata keçirmədik. Doğru hədəfimiz olduğunu düşündüyümüz üçün zərbəni atdıq.", deyə Makkenzi etiraf edib.

O, ABŞ-ın indi sağ qalan ailə üzvlərinə xoşniyyət ödəmələri etməyə çalışdığını bildirib.

XS
SM
MD
LG