Accessibility links

ABŞ Kabildən təhlükəsiz evakuasiyanın təmin edilməsi üçün çalışır


ABŞ-ın hərbi helikopteri Birləşmiş Ştatların Kabildəki səfirliyi üzərində uçur, 15 avqust, 2021.
ABŞ-ın hərbi helikopteri Birləşmiş Ştatların Kabildəki səfirliyi üzərində uçur, 15 avqust, 2021.

ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyi bazar günü, Avqustun 15-də Əfqanıstanda vəziyyətlə bağlı birgə bəyanat yayıb.

Nazirlikdən verilən açıqlamada agentliklərin "ABŞ diplomatik missiyalarının və müttəfiq missiyalarının Əfqanıstandan hərbi və mülki təyyarələrlə təhlükəsiz şəkildə çıxmasını təmin etmək üçün Həmid Kərzai Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin etmək üçün bir sıra addımlar atdıqları" bildirilib.

ABŞ Dövlət Departamenti və ABŞ Müdafiə Nazirliyinə görə, 48 saat ərzində Əfqanıstandakı ABŞ əsgərlərinin sayı təxminən 6000-ə çatdırılacaq. Onların səyləri təhlükəsiz gediş və uçuşların təhlükəsizliyinin təmin edilməsinə yönələcək.

"Sabah və qarşıdakı bir neçə gün ərzində Əfqanıstanda yaşayan minlərlə Amerika vətəndaşı, habelə ABŞ-ın Kabildəki səfirliyinin yerli işçiləri, onların ailələri və Əfqanıstanda ən həssas durumda olan vətəndaşlarının ölkədən çıxarılmasını həyata keçirəcəyik" – deyə, bəyanatda bildirilir.

Dövlət Departamenti və ABŞ Müdafiə Nazirliyi xüsusi immiqrasiya vizaları üçün müraciət edə biləcək minlərlə Əfqanıstan vətəndaşının təxliyəsinin sürətləndirəcəyini bildirib. Departamentlərin bildirdiyinə görə, son iki həftə ərzində artıq 2000-ə yaxın insan bu yolla ABŞ-a gəlib.

"Müvafiq araşdırma yoxlamasından keçən Əfqanıstan vətəndaşlarının bütün kateqoriyaları birbaşa ABŞ-a göndərilməyə davam edəcək. Hələ də təsdiqini gözləyənlər üçün əlavə yerlər tapacağıq", birgə bəyanatda deyilir.

XS
SM
MD
LG