Accessibility links

Kaliforniyadakı silahlı hücum zamanı öldürülənlər arasında bir uşaq da olub


Polisin bildirdiyinə görə, çərşənbə günü ABŞ-ın cənub Kaliforniya ştatındakı bir ofis binasına edilən silahlı hücum zamanı öldürülən dörd nəfər arasında bir uşaq da olub. Atışma zamanı daha bir nəfərin və hücum edən silahlı şəxsin ağır yaralandığı bildirilib.

Los Ancelesin cənub-şərqindəki Oranc şəhərində baş verən zorakılıq ölkədə son iki həftədə üçüncü kütləvi qırğındır.

Oranc Polis İdarəsinin leytenantı Cenifer Amat pilisin hadisə yerinə saat 17:30 radələrində gələrkən ikimərtəbəli binada atəş açıldığını deyib. Amat polis zabitlərinin atəş açdığını və şübhəlinin xəstəxanaya aparıldığını bildirib.

Şübhəlinin özünə xəsarət yetirib-yetirmədiyi və ya polis tərəfindən vurulduğu bəlli deyil. Polis qurbanlardan birinin uşaq olduğu və bir qadının ağır yaralandığından başqa heç bir məlumat verməyib.

Qubernator Qavin Nyusom tvitter səhifəsində qətlləri "dəhşətli və ürəkağrıdıcı" adlandırıb.

"Ürəyimiz bu dəhşətli faciədən təsirlənən ailələrin yanındadır" - deyə, o yazıb.

Kaliforniyayadan olan Demokrat konqresmen Kati Porter tvitter-də "dərin kədərləndiyini" bildirib.

Amat atəşin binanın hər iki mərtəbəsində açıldığını, lakin hücuma nəyin səbəb olduğu barədə heç bir məlumatı olmadığını deyib.

Qarşısında sığorta ofisi, maliyyə konsaltinq şirkəti, hüquq xidmətləri ofisi və telefon təmiri mağazası kimi lövhələr binada bir neçə müəssisənin yerləşdiyini göstərir.

XS
SM
MD
LG