Accessibility links

Milli Qvardiya daha 2 ay Kapitoli binasını qoruyacaq


Çərşənbə axşamı Pentaqon ABŞ-ın Kapitoli binasının qorunmasına yardım edən təxminən 2300 Milli Qvardiya əsgərinin Vaşinqtonda daha iki ay qalmasınadair tələbi təsdiq edib.

Bu, hazırda Kapitoliydə keşik çəkən 5200 Milli Qvardiya əsgərinin təxminən yarısı deməkdir.

Milli Qvardiyanın əsgərləri binanı yanvarın 6-dan, sabiq prezident Donald Trampın tərəfdarlarının ABŞ Konqresinə hücumundan bəri qoruyur. Təhlükəsizlik tədbirlərini genişləndirmək üçün binanın ətrafına hündür hasar çəkilib.

"Qərar tələblərin və onun potensial hazırlığının nəzərdən keçirilməsindən sonra verilib - deyə, Pentaqonun açıqlamasında bildirilib.

Bəyanatda Pentaqonun gələn iki ay müddətində Kapitoli polisi ilə çalışacağı bildirilib.

ABŞ-ın adının açıqlanmasını istəməyən bəzi müdafiə rəsmiləri onlarda Kapitoli ətrafında bu qədər hərbçinin olmasını tələb edən kəşfiyyat məlumatlarının olmadığını bildirib.

Ədliyyə Nazirliyi polis məmuru da daxil olmaqla, beş nəfərin ölümü ilə nəticələnən Kapitoli hücumuna görə 300-dən çox insanı ittiham edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG