Accessibility links

Tramp administrasiyası Suriyada yenidənqurmaya ayrılan vəsaiti ixtisara salıb


ABŞ ötən cümə günü Suriyanın şimal bölgəsinin sabitləşdirilməsi üçün ayırdığı vəsaitin 230 milyonunu ixtisar edib. Bildirilib ki, ölkənin gələcək yenidənqurma işlərinə ayırılacaq fondlar BMT-nin başçılıq etdiyi sülh prosesindən asılı olacaq.

Rəsmi Vaşinqtonun bildirdiyinə görə, İslam Dövləti qrupundan azad edilmiş ərazilərin bərpası üçün yardım etməyi öz üzərinə ABŞ koalisiyasının başqa tərəfdaşları götürüb.

Dövlət Departamentinin sözçüsü Heather Nauert deyib ki, koalisya partnyorları Suriya üçün 300 milyon dollarlıq yardım vəd etdikdən sonra dövlət katibi Mayk Pompeo ayrılmış vəsaitin “saxlanması” barədə sərəncam verib.

Nauert deyib ki, “koalisiya partnyorlarının hərbi və maliyyə yardımları əhəmiyyətli olub və Birləşmiş Ştatlar da indiyədək bu ölkəyə xeyli yardım göstərib”.

Nauert bildirib ki, Suriyanın sabitləşdirilməsi fonduna Səudiyyə Ərəbistanı 100 milyon, Birləşmiş Ərəb Əmirlikləri isə 50 milyon dollar köçürüb.

Koalisiya partnyorlarının hərbi və maliyyə yardımları əhəmiyyətli olub və Birləşmiş Ştatlar da indiyədək bu ölkəyə xeyli yardım göstərib.

Sözçü əlavə edib ki, 230 milyon dolların verilməməsi Birləşmiş Ştatların Suriyadakı strateji məqsədlərindən əl çəkməsi kimi qiymətləndirilməməlidir.

Prezident Donald Tramp Suriya üçün nəzərdə tutulmuş fondu ötən martda “dondurmuş”, bundan sonra Dövlət Departamenti Vaşinqtonun Suriya münaqişəsindəki rolunu yenidən qiymətləndirmişdi.

Nauert xatırladıb ki, Tramp “bizim Suriyada İŞİD-in tam məğlubiyyətinədək qalmaq əzmimizi ifadə edib və biz əksinə, diqqətimizi Suriyadan İran və onun təmsilçilərinə aid qüvvələrin çıxarılmasına yönəltmişik”.

Cari ilin əvvəlində ABŞ dövlət başçısı qüvvələrinin Suriyadan çıxarmaq istədiyini dilə gətirmişdi. Mart ayında prezidentin 200 milyon dollarlıq bərpa vasaitini kəsdiyi elan edilmişdi. Bu, fondan necə və hansı məqsədlərlə istifadə ediliyinin aydın olmadığı ilə izah edilmişdi.

Suriyanın 7 illik vətəndaş müharibəsi yarım milyon insanın həyatını alıb, 11 milyon insanı didərgin salıb.

BMT-nin İqtisadiyya və Sosial Təminat təşkilatının təxminlərinə görə, ölkəyə dəyən ziyan $330 milyard dollar təşkil edir. Bunun $129 milyard dolları maddi zərərdir.

Beynəlxalq ictimaiyyətin münaqişəni dinc yolla həll etm'k səyləri heç bir nəticə verməyib.

Rusiya, Türkiyə və İranın vasitəçiliyi keçirilən görüşlərdə də nailiyyət əldə edilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG