Accessibility links

ABŞ Konqresi çətin həftəyə hazırlaşır - gündəmdə COVID, büdcə və müdafiə məsələləridir


ABŞ-ın yüksək səviyyəli qanunvericiləri bazar günü koronavirusdan zərbə alan iqtisadiyyat üçün yeni yardım paketi, hökumətin qapanmaması üçün büdcə layihəsi və müdafiə büdcəsi üzərində mümkün qədər tez çətin razılıqlar əldə etməyə çalışıblar.

Hazırkı federal büdcə qanununun müddəti dekabrın 11-də başa çatır. Konqres bu tarixə qədər yeni büdcə qanunu qəbul etməsə, Amerika dövlət maliyyəsi sürətli şəkildə azalmağa başlayacaq.

Hökümətin qapanmasının qarşısını almaq üçün Konqres 2021-ci il büdcəsi üzərində genişmiqyaslı razılığa gəlməkdən ötrü Milad Gününə qədər özünə vaxt qazandırmaq üçün bir neçə günlük müvəqqəti qanun qəbul etməyi nəzərdən keçirə bilər.

Respublikaçı və Demokrat liderlər büdcə qanun layihəsində, gərgin danışıqların predmeti olan koronavirusa qarşı növbəti iqtisadi yardım paketinin daxil edilməsini istədiklərini bildiriblər.

"Demokrat senator Dik Durbin ABC-nin "Bu həftə" verilişinə verdiyi açıqlamada "Amerika xalqına mümkün qədər tez kömək etmək üçün həqiqətən fövqəladə səy göstəririk" deyib.

Qanunvericilər belə bir qanun layihəsini qəbul etmək üçün aylardır danışıqlar aparsalar da, nə qədər pul xərcləmək və pulu nəyə xərcləmək barədə ortaq fikrə gəlməyiblər.

Durbin bu həftə iki partiyanın da təklif etdiyi 908 milyard dollarlıq yardım paketini dəstəkləyib.

Demokrat və Respublikaçı senatorlar və onların komandaları "bu həftənin əvvəlində çıxacağı gözlənilən" detallı qanun layihəsinin mətnini hazırlamaq üçün bütün həftə sonu çalışıblar. Bu barədə "Fox Xəbər Bazar günü"ndə respublikaçı senator Bill Kessidi açıqlama verib.

Demokratları təmsil edən Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu təklifi danışıqların təməli kimi qəbul etməyə razılıq verib.

Ancaq qanun layihəsini imzalamalı olan Senatın çoxluq lideri Respublikaçı Mitç Makkonnel və prezident Donald Tramp mövqelərini açıq bildirməyiblər.

Eyni zamanda, Konqres üzvləri Pentaqonun müdafiə büdcəsini tez bir zamanda qəbul etməyə ümid edirlər. Demokratlar və Respublikaçılar 740 milyard dollarlıq qanun layihəsi üzərində ortaq məxrəcə gəliblər.

Ancaq Tramp ona qarşı qərəzli olduğunu söylədiyi sosial media şəbəkələrinin hüquqi statusunu qoruyan qanunun ləğvini özündə cəmləşdirməyəcəyi təqdirdə buna veto qoymaqla hədələyir.

O həmçinin, Cənubda ictimai yerləri bir zamanlar köləlik tərəfdarı olan xatırlatmalarından təmizləmək üçün təzyiqlərə təkan verərək, Vətəndaş Müharibəsinin konfederasiya generallarının adını daşıyan hərbi bazaların adını dəyişmək planlarına da qarşı çıxır.

Respublikaçılar hərbçilərin gözləyə bilməyəcəyini və bu məsələlərin ayrıca həll edilə biləcəyini bildirərək onun vetosunu ləğv etmək üçün kifayət qədər səsə sahib olduqlarına inanırlar.

Nümayəndələr Palatasının çoxluq lideri Demokrat nümayəndə Steni Hoyer səsverməni çərşənbə axşamı gününə təyin edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG