Accessibility links

ABŞ Konqresi Çinlə bağlı qanun layihəsinin qəbul edilməsi üçün səyləri artırır


Kapitolidəki qanunvericilər qlobal təchizat zənciri ilə bağlı artan narahatlıqlar fonunda ABŞ-ın Çinlə rəqabətini artıracaq qanun layihəsini qəbul etməyə çalışır.

Senatın çoxluq lideri Çak Şumer çərşənbə axşamı bildirib ki, ABŞ-ın uzun müddətdir dayanmış İnnovasiyalar və Rəqabət Aktı (USICA) ilin sonuna qədər qəbul edilməli olan illik müdafiə xərcləri Milli Müdafiə Səlahiyyətləri Aktı (NDAA) qanun layihəsinə əlavə olunacaq.

“Bir nəsil əvvəl biz dünya üzrə mikro-sxem tədarükünün təxminən üçdə birini istehsal edirdik, indi isə 12%-dən az hissəsi Amerikada istehsal olunur. Əsasən də Çin olmaqla, digər ölkələr bizdən irəlidədir. Bu, Amerika işçilərinə, Amerika istehlakçılarına və Amerikanın milli təhlükəsizliyinə zərər verir. Biz bu il İnnovasiyalar və Rəqabət Aktı-nı (USICA) qəbul etməliyik. Bu, ikitərəfli qanun layihəsidir. Belə ki, yerli mikro-sxem istehsalını gücləndirə bilək” - deyə, Şumer çərşənbə axşamı Senatda etdiyi çıxışı zamanı bildirib.

Senatın çoxluq lideri Çak Şumer
Senatın çoxluq lideri Çak Şumer

68-32-yə səslə qəbul edilən USICA Senata iyun ayında təqdim edilsə də, hələ də bu qanun layihəsi Nümayəndələr Palatasında səsə qoyulmayıb. Qanun layihəsi qəbul olunsa bu, Çinlə rəqabət sahələrinin həllinə yönəlmiş 190 milyard dollarlıq maliyyəni təmin edəcək ki, buraya yarımkeçiricilərin istehsalı, texnologiya təhlükəsizliyi və ABŞ-dakı işçi qüvvəsinin təlimi də daxildir. Qanun layihəsi eləcə də ABŞ-da intellektual oğurluq və ya kiber-hücumlar həyata keçirən Çin şirkətlərinə qarşı avtomatik sanksiyalar nəzərdə tutur.

Reuters xəbər agentliyinin mənbələrə istinadən bu həftə bildirdiyinə görə, Çin ABŞ qanunvericilərinə məktublar ünvanlayaraq ya dəyişdirilməsi, ya da ləğv edilməsi ilə bağlı fəal şəkildə qərara qarşı lobbiçilik edir.

İyun ayında USICA ABŞ Senatına göndərildiyi vaxt Çin Xalq Konqresinin (NPC) Xarici Əlaqələr Komitəsinin verdiyi açıqlamada “Qanun layihəsi Soyuq Müharibə mentaliteti və ideoloji mühakimələrlə doludur. O, Çinin inkişaf yoluna, onun daxili və xarici siyasətinə böhtandan ibarətdir” deyilmişdi.

Bayden administrasiyası tədbirləri dəstəklədiyini bildirib. Lakin NDAA-nın ABŞ Senatında qəbul edilmiş hər hansı bir versiyası imza atılması üçün Ağ Evə getməzdən əvvəl Nümayəndələr Palarasında razılaşdırılmalıdır.

XS
SM
MD
LG