Accessibility links

ABŞ Konqresi geniş iqtisadi yardım paketi üzərində işi yekunlaşdırır


ABŞ Senatında əksəriyyətdə olan Respublikaçıların lideri Mİtç Makkonnell, azlıqda olan Demokratların lideri Çak Şumer və ABŞ-ın maliyyə naziri Stiv Mnuçin iqtisadi yardım paketi üzərində işləmək üçün görüş keçirir, 20 mart, 2020.
ABŞ Senatında əksəriyyətdə olan Respublikaçıların lideri Mİtç Makkonnell, azlıqda olan Demokratların lideri Çak Şumer və ABŞ-ın maliyyə naziri Stiv Mnuçin iqtisadi yardım paketi üzərində işləmək üçün görüş keçirir, 20 mart, 2020.

ABŞ Konqresi ölümcül koronavirusın təsirinə məruz qalmış amerikalılar və bir çox bizneslərə maliyyə ayrılması məqsədilə 1.8 trilyon dollar məbləğində iqtisadi yardım paketini qəbul etməyə hazırlaşır.

İctimai səhiyyə sisteminə təsiri ilə yanaşı, virusun yayılmasına görə minlərlə məktəb, biznes və ictimai iaşə idarələri, idman zalları və mağazalın könüllü, ya da məcburi şəkildə bağlanması nəticəsində iki milyondan çox amerikalı işsiz qalıb.

ABŞ-ın beş ştatının – Nyu York, Nyu Cersi, Konnektikut, İllinoys və Kaliforniya ştatlarının qubernatoriları koronavirusun yayılmasının qarşısının alınması məqsədilə milyonlarla insanın evdə qalmasını əmr edib. Ölkə səviyyəsində karantin planlaşdırılmayıb.

ABŞ-da aksiya birjasında uçot dərəcələri son bir neçə həftə ərzində prezident Donald Trampın 2017-ci ilin yanvar ayında hakimiyyətə gəlişindən sonra ən aşağı səviyyəyə düşüb. Dünyanın iqtisadi baxımdan ən inkişaf etmiş ölkəsi olan ABŞ-ın iqtisadiyyatı son 10 ildə ilk dəfə olaraq dərin tənəzzülə uğraya bilər. Birləşmiş Ştatlarda koronavirusa 27000-dən çox yoluxma halı, 323 ölüm halı təsdiq edilib. Bu, son günlərdə hər iki göstəricidə artım deməkdir.

53 Respublikaçı və 47 müxalif Demokratdan ibarər dərin siyasi fikir ayrılıqlarına malik ABŞ Senatı yardım paketi üzərində Respublikaçı prezident Trampın administrasiyası ilə birgə işləyir.

Senat yardım paketini bazar günləri nadir hallarda keçirilən iclasda təsdiq etməyi planlaşdırır. Layihə bazar ertəsi günü yekun təsdiq üçün Demokratların nəzarətində olan Nümayəndələr Palatasına təqdim ediləcək.

“Biz hamımız müzakirələr aparırıq və hamı gərgin işləyir” deyən Tramp şənbə günü mətbuat konfrasında amerikalılara müraciət edib: “Evdə qalın və həyatları xilas edin.”

Konqres liderləri ilə müzakirələrdə Trampın əsas vasitəçisi olan maliyyə naziri Srtiv Mnuçin bazar günü Fox tele kanalına müsahibəsində işin tamamlanacağını düşündüyünü bildirib. “Prezident amerikalılara kömək etmək əzmindədir” – deyə, o bildirib.

“Düşünürük ki, iqtisadiyyatı sabitləşdirə bilərik”, Mnuçin əlavə edib.

XS
SM
MD
LG