Accessibility links

ABŞ qanunvericiləri İraq münaqişəsinin həlli yollarını müzakirə edir [Video]


İraq böhranı və ABŞ Konqresi
please wait

No media source currently available

0:00 0:03:02 0:00
Sünni radikal qüvvələrin İraqda üstünlüyü ələ alması Vaşınqtonda ABŞ qanunvericiləri tərəfindən narahatlıqla izlənir. Lakin qanunvericilərin çox az hissəsi ABŞ -in verə biləcəyi cavabla bağli açıq fikir söyləyir. Buna səbəb Amerika ictimaiyyətində Birləşmiş Ştatlarin yenidən İraqda hərbi kampaniyaya başlaması ilə bağli dəstəyin güclü olmamasıdır.

Birləşmiş Ştatların hərbi qüvvələrinin İraqdan çıxarılmasınadan üç il sonra ölkəni təriqət zəminində münaqişə bürüyüb. İraq və Suriyada İslam dövləti qrupu İraq ərazilərini ələ keçirir.

Respublikaçı senator Miç Makkonnel ABŞ-ın bu vəziyyətdə təcili cavab verməli olduğunu deyir: “Administrasiya ABŞ və müttəfiq qüvvələrin əldə etdikləri itirilmədən və İŞİD Birləşmiş Ştatlara hədə törədə biləcək əraziləri genişləndirmədən Məliki hökumətinə yardım məqsədilə tez fəaliyyətə keçməlidir. “

Lakin senator Makkonnel ABŞ-ın bir çox qanunvericisi kimi Obama administrasiyasının məhz nə etməli olduğu haqda bir söz demir.

Respublikaçıların çoxu Obama administrasiyasını 2011-ci ildən sonra ABŞ hərbi qüvvələrinin bir hissəsini İraqda saxlamadığına görə kəskin tənqid edir.

Senator Miç Makkonnell: “Prezident ABŞ-ın mümkün mövcudluğunu məsələsini müzakirə etmədən hərbi qüvvələri bütünlüklə ölkədən çıxardı. Belə bir qüvvə bizim tərədaşlarımıza təlim verilib yardım göstərilməsi və kəşfiyyat məlumatların bölüşdürülməsi kimi əldə edilən inkişaların qorunub saxlanmasını təmin edə bilərdi.”

Lakin demokratların çoxu respublikaçıları riyakarlıqda ittiham edərək ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılması prosesinə respublikaçı prezident Corc Buş tərəfindən təkan verildiyini deyir.

Konrqesdə əksəriyyətdə olan demokratların lideri Brad Şerman: “Prezident Buşun bunu etmədiyi halda prezident Obamanın Məliki ilə uzun müddətli razılaşma əldə etməli olduğunu demək tamamilə absurddur.”

Senatda demokrat azlığın başçısı Herri Rid bu fikirlə razılaşır: “Biz kişi və qadınlarımızı İraqa yenidən göndərməməliyik. Prezident Obamanı əsgərlərimizi vətənə qaytardığına görə tənqid edənlər səhv edirlər.”

Yeni rəsy sorğuları Amerika ictimaiyyətinin ABŞ əsgərlərinin İraqa göndərilməsni istəmədiyini göstərir. Amerikalıların yalnız 20 faizdən az hissəsi hazırkı durumun ABŞ hərbi qüvvələrinin ölkədən çıxarılması ilə bağlı olduğunu düşünür. Lakin bununla belə, respublikaçılar İraqı demokratların idarəçiliyində olan ABŞ-ın zəif olmasına nümunə olaraq göstərir.

Ohayo universitetinin professoru Con Müller: “Rəy sorğuları ictimai fikri demokratların tərəfindədir. Demokratlar deməlidir :“Siz yeni müharibəyə başlamaq istəyirsiniz? Yaxın Şərqdə nə qədər Amerika əsgərini itirməyi fikirləşirsiniz?”

İraqın özündə isə sünni üsyançıların Bağdada yaxınlaşdığı ilə bağlı narahatlıqlara səbəb olan yeni xəbərlər gəlir.
XS
SM
MD
LG