Accessibility links

ABŞ Konqresində İranda demokratik keçid mövzusunda konfrans keçirilib


ABŞ Konqresində İranda demokratik mövzusunda konfrans keçirilib. İran Milli Konqresi tərəfindən təşkil edilmiş konfransda İranda dəyişikliklərin mümkün perspektivləri və dünyəvi, plüralist və demokratik hökumətin yaradılması üçün imkanlar kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İran Milli Konqresinin builki tədbirində İran daxilində azadlıq və demokratiya uğrunda hərəkatın dinamikası və ABŞ-ın nüvə sazişindən çıxmasından sonra ölkədə demokratiya tərəfdarlarına dəstəyi də daxil olmaqla İranla bağlı siyasi kursu dündəmdə olub.

Konqres iştirakçıları İranın İraq, Suriya, Behreyn və Yəməndə hərbi təlimlər və Əfqanıstanda Taliban qüvvələrinə dəstəyini, Yaxın Şərqdə super qüvvə kimi davaranışını qeyd ediblər.

Konfransa sponsorluq edən Amerika konqresmeni Daha Rohberbaker deyib ki, İran xalqı “kifayət qədər əziyyət çəkib”.

"Mollaların məscidə getməsinin vaxtıdır. Bizim isə İranda bu insanlarla işləyib onlara zülm edən bu sistemdən keçidi hazırlamağımızın vaxtı gəlib çatıb”, o bildirib.

Babək Çələbiyanlı
Babək Çələbiyanlı

ABŞ rəsmiləri və təhlilçilərin fikrincə, regionda etnik baxımdan ən çoxmilləti ölkələrindən biri olan İranda yaşayan milli azlıqlar İran xalqı ilə dialoqun ayrılmaz bir hissəsidir. Tədbirdə iştirak edən etnik azlıqların nümayəndələri bildirib ki, gələcək azad və demokratik İran bütün etnik azlıqların hüquqlarının təmin olduğu bir ölkə olmalıdır.

Konfransda iştirak edən Azərbaycan Milli Dirəniş Hərəkatının təmsilçisi Babək Çələbiyanlı ABŞ Konqresində İranda etnik azlıqların problemlərinin müzakirəsinin əhəmiyyətindən danışıb. O, Amerikanın Səsinə ABŞ-ın yeni administrasiyasının İranda etnik azlıqlar, o cümlədən Azərbaycan türklərinin öz hüquqları uğrunda mübarəzisinə önəm verdiyini bildirib.

XS
SM
MD
LG