Accessibility links

ABŞ Konqresinin Nümayəndələr Palatası impiçment maddələrini Senata təqdim edib


Konqresin Nümayəndələr Palatasının impiçment menecerləri impiçment maddələrini Senata təqdim etməyə hazırlaşır
Konqresin Nümayəndələr Palatasının impiçment menecerləri impiçment maddələrini Senata təqdim etməyə hazırlaşır

ABŞ senatorları çərşənbə axşamı keçmiş prezident Donald Trampın impiçmenti üzrə məhkəmə çərçivəsində and içəcək. Nümayəndələr Palatası bazar ertəsi rəsmən impiçment maddələrini Senata göndərib.

İmpiçment məhkəməsində ittihamçı tərəfi təmsil edən Nümayəndələr Palatasının üzvləri Prezident Donald Trampın yanvarın əvvəllərində Kapitoliyə hücuma görə üsyana təhrikdə etməkdə ittiham edildiyi impiçment maddələrini Senata təqdim edib. Çərşənbə axşamı isə senatorlar impiçment məhkəməsi prosesi ilə əlaqədar and icəcək.

Demokrat və Respublikaçı liderlərin birgə razılığına əsasən, həm prokuror qismində çıxış edən qanunvericilərə, həm də Trampın müdafiə komitəsinə hazılaşmaq üçün əlavə vaxt vermək məqsədi ilə məhkmə prossesi 8 fevrala qədər başlamayacaq. Əlavə vaxt həmçinin Prezident Co Baydenin kabinetinin namizədlərinin təsdiqlənməsi üçün imkan yaradacaq.

İmpiçment üzrə Nümayəndələr Palatasının əsas meneceri, Merilend ştatından konqresmen Ceymi Raskin ittihamnaməni oxuyaraq, Trampın “Birləşmiş Ştatların və hökumət qurumlarının təhlükəsizliyini ciddi şəkildə təhlükəyə atdığını” bildirib.

Donald Trampın müdafiə komitəsinə vəkil Batç Bovers və keçmiş federal prokuror Debora Barbier rəhbərlik edəcək.

Trampın məhkum edilməsi üçün Senatda üçdə iki çoxluğun razılığı tələb olunur. Hazırda Respublikaçılarla Demokratlar arasında 50:50 nisbətinə bölünmüş Senatda bütün Demokratların razılığı nəzərə alınmaqla əlavə olaraq 17 Respublikaçının öz partiyadaşları Trampın məhkum edilməsinə səs verməsi tələb olunur.

Əgər Senat Trampı məhkum edərsə, sadə səs çoxluğu ilə ona bir də yenidən federal ofis tutmaq qadağan oluna bilər.

Tramp artıq yeganə ABŞ prezidentidir ki, ölkənin 245 illik tarixində iki dəfə impiç olunub.

Nümayəndələr Palatası 2019-cu ilin sonlarında onu Ukrayna hökumətini siyasi rəqibi Co Baydenə qarşı kompromat xarakterli məlumat əldə etməyə təşviq etmək ittihamı ilə impiç etmişdi. Lakin ötən fevralda Senatda o, məhkum olunmamışdı.

Senatda Demokrat çoxluğun lideri Cak Şumer məhkəmənin vacibliyini vurğulayaraq onun sürətlə keçəyəni proqnozlaşdırıb.

“Hamı Amerika tarixindəki bu bədnam fəsli arxada qoymaq istəyir. Lakin onun palaz altına süpürülməsi bizə şəfqət gətirməyəcək,” Şumer deyib. “Şəfqət tapmağın yeganə yolu məhkəmənin bəxş edəcəyi əsl cavabdehlik gətirməkdir.”

Bir sıra Respublikaçı, o cümlədən Senat azlığının rəhbəri Mitç Makkonnell 6 yanvarda Tramp tərəfdarlarının Kapitoliyə basqın etməsini pisləmiş və Trampı tənqid etmişdi.

Demokrat rəqibinə seçkidə məğlubiyyətini qəbul etməyən Prezident Donald Tramp həmin gün öz tərəfdarlarını Kapitoliyə gedərək qanunvericilərin Co Baydenin seçki qələbəsini sertifikatlaşdırmaq üzərində debat apardığı vaxt onun uğrunda mübarizə aparmağa səsləmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG