Accessibility links

ABŞ Konqresmeni: İlham Əliyev cümhuriyyət ideallarını əzir


ABŞ Konqresmeni Kristofer Smit The Hill qəzetində dərc etdiyi məqalədə Azərbaycan hökumətini sərt tənqid edib. İlham Əliyevin yürütdüyü siyasi kursun 100 il öncə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti ideallarına zidd olduğunu vurğulayan amerikalı qanunverici öz hökumətini demokratik haqlarını tələb edən Azərbaycan xalqı ilə çiyin-çiyinə dayanmağa çağırıb.

"2003-cü ildən bəri ölkənin diktatoru olan İlham Əliyev mart ayında ildönümünü milli qürur hissi ilə təqdim etdiyi halda həmin idealları əzmək üçün əlindən gələni edir,” Smit məqaləsində yazır.

Ömürlük hakimiyyətə olan bütün maneələri aradan götürən İlham Əliyev prezidentlik dönəmini 5 ildən 7 ilə uzatmış, öz xanımını seçilməmiş qaydada varisi təyin etmişdir.

İlham Əliyevin azad cəmiyyətin önəmi haqda söylədiklərini sual edən konqresmen Azərbaycan xalqının bu gün prezidentin repressiv siyasəti nəticəsində azad cəmiyyətdə yaşamadığını vurğulayır.

“Hakimiyyəti on ildən çox idarə etmiş atasından miras aldıqdan bəri Əliyev sistematik şəkildə ölkənin təsisatlarına nəzarəti ələ keçirib. Son illərdə ömürlük hakimiyyətə olan bütün maneələri aradan götürən Əliyev prezidentlik dönəmini 5 ildən 7 ilə uzatmış, öz xanımını seçilməmiş qaydada varisi təyin etmişdir.”

Bir vaxtlar müsəlman aləminin ilk parlament respulikasını quran Azərbaycanda bu gün marionet qanunverici orqanın mövcud olduğunu yazan Smit hökumətin siyasi müxalifəti əzmək üçün “sistematik olaraq təqib, izləmə və həbs”-lərdən istifadə etdiyini yazır.

Periodik olaraq Azərbaycanda siyasi motivlərlə müxalif fikirli insanların, jurnalistlərin həbs olunduğunu bildirən Konqresmen hazırda ölkədə 140-dan çox vicdan məhbusunn olduğunu qeyd edir.

Konstitutsiyada nəzərdə tutulmuş məhdudiyyətləri ləğv edən İlham Əliyev aprel ayında dördüncü dönəm prezident olub.
Konstitutsiyada nəzərdə tutulmuş məhdudiyyətləri ləğv edən İlham Əliyev aprel ayında dördüncü dönəm prezident olub.

"2017-ci ilin sentyabrında mənim Nümayəndələr Palatasına təqdim etdiyim qanun layihəsi Tramp administrasiyasını Azərbaycanla ikitərəfli münasibətlərdə insan haqları və demokratiya ilə bağlı narahatlıqlara önəm verməyə çağırır. Həmin qətnamə həmçinin administrasiyanı kobud insan haqları pozuntularında əli olan Azərbaycan rəsmilərinə qarşı səyahət qadağası və vəsait dondurumu tətbiq etməyə çağırır. Sənəd din azadlıqlarını pozanlara viza qadağaları qoyulmasını tövsiyə edir.”

Konqresdə təqdim etdiyim qətnamə administrasiyanı kobud insan haqları pozuntularında əli olan Azərbaycan rəsmilərinə qarşı səyahət qadağası və vəsait dondurumu tətbiq etməyə çağırır.

Smitin yazdığına görə Azərbaycan hökuməti çalışır ki, özünü ABŞ-ın təhlükəsizlik üzrə tərəfdaşı kimi göstərərək insan haqları ilə bağlı narahatlıqları arxa plana çəksin.

“Lakin öz xalqının fundamental haqlarına və ləyaqətinə hörmət etməyən Azərbaycan uzun dönəmdə təhlükəsizlik probleminə çevrilir,” deyə Smit yeni nəsil azərbaycanlıların gələcəyə yüksək ümidlərlə və gözləntilərlə baxdıqlarını vurğulayır.

Azərbaycanın qonşuluğundakı Ermənistan və Gürcüstanda son vaxtlarda cərəyan edən demokratik prosesləri örnək göstərən Konqresmen ABŞ hökumətini öz demokratik haqlarını tələb edən xalqla çiyin-çiyinə dayanmağa çağırır.

XS
SM
MD
LG