Accessibility links

Xidmət sahəsində çalışanlar işlərini itirdikdən sonra ciddi çətinliklərlə qarşılaşır


Vaşinqton şəhərinin yaxınlığındakı restoranda işləyən 23 yaşlı Cerardo Espiell iş yeri bağlandığından sonra geri köçməyi planlaşdırır. O, ipotekanı anası və bacısı ilə birlikdə ödəyə biləcəklərinə ümid edir.

"Düzünü deyim, bir növ dəlilikdir. Amma mən çox sakitəm. Mən bunu hər gün yaşayıram. Mən bir az ödənişli məzuniyyət puluna qənaət etmişəm və hazırda ondan istifadə edirəm” - deyə, Cerardo bildirir.

San-Fransiskoda altı ay əvvəl dördüncü övladını dünyaya gətirən Anita Reyes anası Deloresin sahib olduğu San-Haliscodakı ailə restoranında ofisiantlıq edir. Onun həyat yoldaşı da orada işləyir. "Çox çətindir. Düşünürdüm ki, işçilərə pul verə bilmədiyi üçün gəlib ona kömək edəcəm. Hazırda restoran soyuducusundakı bu yeməklərlə dolanırıq. Evimizə, ailəmizə aparırıq.”

Virciniyada sürücülük edən Persi Saloman hələ də işləyir, amma saatlarla işləməyinə baxmayaraq, daha az pul qazanır.

"Bəli, narahatam, çünki bu, ikinci növbəmdir və mən yalnız 70 dollar qazanmışam. Bundan əvvəl 150 dollar və ya ona yaxın qazanırdım", Saloman bildirir.

Saloman, Espiell və Reyes Birləşmiş Ştatlar hökumətinin COVID-19 kimi tanınan koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq etdiyi məhdudiyyətlərin ən ağır zərbə vurduğu xidmət sahələrində çalışan milyonlarla amerikalılar arasındadır.

Bəzi ştatlar insanlara evdə qalmalı olduqlarını deyir, müəssisələr bağlanır.

Boll Dövlət Universitetinin təhlilinə görə, hər altı işçidən biri, yəni ABŞ-da işçilərin təxminən 17 faizi sosial izolyasiyanın təsirinə məruz qala bilər.

"Dörd milyon yarım pərakəndə satış işçisi, 3,5 milyon qida hazırlayan işçi, təxminən 3,5 milyon kassir, 2,5 milyon qarson və ofisiant. Beləliklə, bu rəqəmlər ABŞ-da sosial izolyasiya tədbirlərindən dərhal təsirlənən təxminən 28 milyon işçiyə əlavə olunur. Onlar əsasən az maaşlı işçilərdir. Onlar demək olar ki, dərhal maliyyə problemləri ilə üzləşirlər" - deyə, Boll Dövlət Universitetinin iqtisadçısı Maykl Hiks bildirir.

Konqres birbaşa pul ödənilməsini həyata keçirə biləcək yardım paketi ilə bağlı müzakirələr aparır.

"Mən azı üç, dörd, beş və ya altı ay hər kəsə 1000 dollar ödənişin ən azı qısamüddətli gəlir kimi bir şey olduğunu düşünürəm" deyir Hiks.

Bu maliyyənin bəzi işçilər üçün çox böyük əhəmiyyəti ola bilər.

"Bu, həqiqətən çox kömək olardı" - deyə, San Diyego bölgəsində işləyən Sindi Bruks bildirir. "Bu pul mənə bir neçə ay kömək edər", Sindi bildirir.

XS
SM
MD
LG