Accessibility links

ABŞ-da COVİD-ə yoluxma halları 6 milyonu keçdi


Cons Hopkins Universiteti bazar ertəsi dünyada koronavirusa yoluxma hallarınana görə lider olan ABŞ-da 183 mini ölüm olmaqla, 6 milyonu keçdiyini bildirib.

Dörd Orta-Qərb - Ayova, Şimali Dakota, Cənubi Dakota və Minnesota ştatları gündəlik yeni yoluxma hallarının rekord həddə çatdığını bildirib. Cons Hopkinsin bildirdiyinə görə, Ayovada təqribən 785, Şimali Dakota 375, Cənubi Dakotada təqribən 425, Minnesota isə təqribən 1000 nəfər yoluxub.

Bu arada Montana və Aydaho ştatları da rekord sayda COVID-19-a yoluxan xəstənin xəstəxanalara yerləşdirildiyi barədə məlumat verib.

Orta Qərb ştatları koronavirusa yeni yoluxmaların qaynar nöqtəsinə çevrilsə də, ümumilikdə ölkə boyu ölüm halları və xəstəxanalardakı xəstələrin sayında azalmalar müşahidə olunur.

Yeni yoluxma halları çox sayda insanın bir araya gəldiyi yerlərdə qeydə alınır. Ayova ştatında yeni halların çoxu dəsrlərin adi qaydada keçirildiyi Ayova Universiteti və Ayova ştat Universitetinin yerləşdiyi bölgələrdə müşahidə edilir. Tələbələrin kampuslara qayıtmasından sonra bütün ölkə boyu kollec və universitetlərdə xəstəliyə yoluxma halları artıb.

Cənubi Dakotada 88 yeni yoluxma halı ştatının Sturgis şəhərində keçirilən illik motosiklet yürüşündə qeydə alınıb.

Amerika Birləşmiş Ştatları dünyada ən çox yoluxma halının qeydə alındığı ölkə olsa da, adambaşına düşən yoluxmalara görə 10-cu yerdədir. Reuters xəbər agentliyinin hesabatına görə, Braziliya, Peru və Çilidə adambaşına yoluxma hallartına görə daha yüksəkdədir.

XS
SM
MD
LG