Accessibility links

ABŞ-da COVİD-19-dan ölənlərin sayı 150 minə çatıb


Dünya boyu COVID-19-a yolixanların ümumi sayı 17 milyonu keçib və təxminən bu virusdan 670 min insan ölüb ki, ABŞ hər iki kateqoriyada dünyaya liderlik edir.

ABŞ-ın Cons Hopkins Universitetinin məlumatina görə, ölkədə 4.4 milyondan çox təsdiqlənmiş yoluxma, 150 min ölüm hallarından sonra koronavirus pandemiyasının daha bir mərhələsinə çatıb.

Kaliforniya, Florida və Texas kimi bəzi ştatlarda həftəlik, hətta gündəlik yoluxma halları rekord həddə çatıb. Kaliforniyadan alınan məlumata görə, çərşənbə günü ştatda COVID-19-dan ölənlərin sayı 197 olub ki, bu, keçən həftə qeydə alınan rekord 159-la müqayisədə xeyli çoxdur. Florida ştatında koronavirusdan bir gündə 216, Texasda isə 313 nəfər ölüb.

ABŞ-ın səhiyyə üzrə mütəxəssisləri bir çox ştatda iş və əyləncə yerlərinin vaxtından tez açıldığını deyirlər. Onlar eləcə də deyirlər ki, virusun qarşısının alınması üçün qubernatorlar özləri ictimai səhiyyə direktivləri hazırlamalıdır.

Ştatların hər birinin məhdudiyyət qaydaları və direktivləri var.

XS
SM
MD
LG