Accessibility links

Koronavirusun potensial simptomları daha çoxdur


ABŞ-ın daha çox ştatı bazar ertəsi koronavirusun yayılmasının qarşısını almaq üçün t'tbiq edil'n məhdudiyyətlərdən bəzilərini qaldırmaq üçün addımlar atmağa hazırlaşdığı bir vaxt federal səhiyyə rəsmiləri koronavirusun potensial simptomlarının genişləndirilmiş siyahısını açıqlayıb.

ABŞ-ın səhiyyə rəsmiləri üşütmələr, titrəmələr, əzələ, baş, boğaz ağrısı, iyi və ya dad hissinin itirilməsinin koronavirus əlamətləri ola biləcəyində təkid edir.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi əvvəllər COVID-19 simptomlarının yalnız qızdırma, nəfəs darlığı və öskürək olduğunu deyirdi.

Kolorado, Missisipi, Montana və Tennissi ştatlarının rəhbərləri bazar ertəsi bəzi müəssisələrə fəaliyyətlərini bərpa etməyə icazə verib. Bu ştatlar da sakinlərinə işə və koronavirusdan əvvəlki həyatlarına qayıtmalarına imkan verən Corciya, Oklahoma, Alyaska və Cənubi Karolina ştatlarına qoşulur.

Səhiyyə üzrə mütəxəssilər çox erkən açılmalarla bağlı xəbərdarlıq etsələr də, bir çox ştat qubernatorları əhalinin təhlükəsizliyinin qorunması üçün tədbirlər görülə biləcəyini deyir.

Ölkə boyu COVID-19-dan 55 000 ölüm, 980 000 yoluxma halı qeydə alınıb.

Nyu-York koronavirusun ən ağır zərbə vurduğu ştat oldu ki, ABŞ-dakı ölüm hallarının təxminən 30 faizi bu ştatda baş verib. Ştat qubernatoru Endrü Kuomo bazar günü verdiyi açıqlamada karantin əmrinin mayın 15-də başa çatdığını deyib və güclü təsirə məruz qalmayan tikinti və istehsal müəssisələrinin açıla biləcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG