Accessibility links

COVID-19-a yoluxma halları artdıqca ABŞ-da çox sayda kollec və universitet bağlanır


Şükran Günü tətili yaxınlaşdıqca ölkə daxilində COVID-19-a yoluxma hallarının artması səbəbindən ABŞ-da çox sayda kollec və universitet payız semestrinin qalan hissəsi kampuslarını bağlamaqda davam edir.

Keçən ilin yazında COVID-19-la əlaqədar karantin tətbiq edildikcə kolleclər və universitetlər pandemiyanın qarşısını almağa və tələbələrin təhlükəsizliyini təmin etməyə çalışırdı. Corc Meyson Universitetinin (GMU) apardığı araşdırmada 5000-dən çox tələbəsi olan 575 kollecin dörddə üçünün onlayn dərslərə keçdiyi, tələbə yataqxanalarından imtina etdiyi, səyahətlərini ləğv etdiyi və tələbə şəhərciklərini bağladığı bildirilib.

Oktyabrın 16-da nəşr olunan bu araşdırmada kolleclər tərəfindən fevralın 25-dən martın 31-nə qədər görülən tədbirlər təhlil edilib.

Universitetlər payız semestrinə və artan COVID-19-a yoluxma hallarının artdığı şəraitə görə yenidən uyğunlaşmaq məcburiyyətində qalıb.

Son bir neçə həftə ərzində bir çox universitet yoluxma hallarının sayının artması səbəbindən əyanı dərsləri təcili olaraq dayandırıb. Rod-Aylenddə Broun Universiteti, Şimali Miçiqan Universiteti, Merilend Universiteti və Nyu-Yorkdakı Sirakuz Universiteti son zamanlar əyanı tədrisini dayandıran 41 ali məktəb arasındadır.

New York Times qəzetinin verdiyi məlumata görə, pandemiya başlayandan bəri ABŞ-ın 1900-dən çox kollec və universitetinin tələbə şəhərciklərində COVID-19-a 321,000-dən çox yoluxma və azı 80 ölüm halı qeydə alınıb.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG