"Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi amerikalıların qorunması üçün üz örtükləri və maskaların yaxın bir neçə gün ərzində istifadəyə veriləcəyini bildirib," deyə ABŞ Vitse-Prezidenti Mayk Pens cümə axşamı bəyan edib.
Koronavirusla bağlı təlimatlar barədə danışan prezident Donald Tramp isə "onların məcburi olacağını düşünmürəm" deyib.
Tramp COVID-19 pandemiyasına yoluxan ön cəbhədəki ağır xəstələrin ehtiyac duyduğu N-95 respiratoru əvəzinə insanların qorunması üçün üzlərini yaylıqlar və şarflarla örtmələrini təklif edib.
Tramp koronavirusunun daha geniş yayılmasının qarşısını almaqda rol oynaya biləcək maskalar haqqında danışarkən "İnsanlar onları taxmaq istəsələr, bunu edə bilərlər" deyib.
Ağ Evin koronavirus üzrə işçi qrupunun koordinatoru Doktor Debra Birks insanların maska taxaraq virusdan qorunacaqlarını düşünmələri "yanlış təhlükəsizlik hissidirdir." O deyib ki, ən vacibi insanların əllərini tez-tez yuması və bir-birindən aralı məsafədə durmalarıdır.
Ağ Evin baş məsləhətçisi Cared Kuşner federal hökumətin Nyu-York ictimai xəstəxanalarındakı tibb işçilərinin gələn aya qədər istifadə etmələri üçün 200,000 N-95 qoruyucu maskalar göndərəcəyini bildirib.