Accessibility links

ABŞ-da mehmanxanalar ziyarətçiləri qəbul etməyə hazırlaşır


ABŞ mehmanxanaları ziyarətçiləri qəbul etməyə hazırlaşır
please wait

No media source currently available

0:00 0:02:57 0:00

Həftələrdir davam edən məhdudiyyətlərdən sonra ABŞ tədricən açılmağa başladığı üçün mehmanxanalar da ziyarətçiləri qəbul etməyə hazırlaşır. Mehmanxana sahibləri ənənəvi qonaqpərvərlik xidmətlərini davam etdirmək üçün sağlamlıq və təhlükəsizliyi təmin edəcək yollar axtarmalıdır. Səhiyyə üzrə mütəxəssislər və sənaye analitikləri mehmanxana otaqlarının açarlarından istifadə də daxil olmaqla, təmizləmə işləri protokollarında çox şeyin dəyişəcəyini deyir.

Amerikadakı bağlı mehmanxanalar yenidən həyata qayıdır, lakin onların işləri əvvəlki qaydada olmayacaq. Onların arasında məşhur mehmanxanalar şəbəkəsi - Four Seasons və Hilton da var. Professor Çekitan Dev "Four Seasons mehmanxanası Cons Hopkins Universiteti ilə birlikdə `Təhlükəsiz ol` adlı yeni bir proqram hazırlayıb. Hilton isə Mayo klinikası ilə birlikdə çalışır. Yəni bu mehmanxanaların protokolları hazırdır və onlar həmin protokollara uyğun fəaliyyət göstərməlidirlər."

Amerika Mehmanxanalar Assosiasiyası mehmanxana otaqlarının təmizlənməsi ilə bağlı xüsusi tövsiyələr hazırlayıb. Hər bir otaq təmizləndikdən sonra möhürlənəcək və möhür yalnız müştəri otağa girərkən onun özü tərəfindən açıla biləcək.

Bundan əlavə, memanxalarda ümumi istifadə olunan ərazilər gündə bir neçə dəfə təmizlənməlidir. Mehmanxanalardakı camaşırxanalarda da vəziyyət dəyişəcək.The Line DC Hotel-dən Kroford Şerman "Qonaqların paltarları əlcək və maska taxmış bir nəfər tərəfindən yuyularaq, otaqlara plastik torbalara qoyularaq aparılacaq."

Qonaqlar və işçilər arasında əlaqə minimuma endiriləcək. Ödəniş onlayn vasitəsilə həyata keçiriləcək. "İndi mehmanxanaya telefonunuzdan istifadə edərək daxil ola bilərsiniz. Otağa da telefonunuzdan istifadə edərək daxil olursunuz. Otaqdakı TV və s. hər şeyi heç nəyə toxunmadan telefonunuzla edə bilərsiniz."

Təhlükəsizlik tədbirləri olaraq gərəksiz dekorasiyalar da yığışdırılır. Məsələn, Kosta Rikodakı bir mehmanxana şəbəkəsi otaqlardakı tumbaların üzərindəki əşyaların sayını azaldır. Hans Pfister "Mehmanxana otaqlarındakı tumbaların üstündə adətən zəngli saat, qələm və kağız, qovluq olur ."

Mehmanxana restoranları da fəaliyyət qaydalarını dəyişdirməli olacaq. Masalar bir-birindən iki metr məsafədə yerləşdiriləcək, menyular dəyişəcək və bufetlər olmayacaq. "Qonaqlara menyular verilməyəcək. Yeməklərin adı əsasən lövhələrdə olacaq və biz onları qonaqlara uzaq məsafədən göstərəcəyik" - deyə, Hans Pfister bildirir.

Massaçusetsdəki kiçik bir ailə mehmanxanası səhər yeməyini özünəməxsus bir yolla təqdim edəcək. Mehmanxananın sahibi Fil Bakster "Biz səhər yeməyini piknik zənbilləri kimi hazırlayacağıq. Əvvəlcədən qonaqlardan səhər yeməyi üçün nə istədiklərini soruşacaq, sonra onların istədiklərini zənbillərə qoyacağıq və onlar gəlib götürəcəklər."

Əksər mehmanxanalar iyunun əvvəlində açılacaqlarına ümid edir. Lakin pandemiyadan əvvəlki dövrlə müqayisədə qonaqların yalnız 50 faizinə oteldə qalmaq icazəsi veriləcək.

XS
SM
MD
LG