Accessibility links

ABŞ koronavirus peyvəndi tətbiq etməyə başladı


Amerika Birləşmiş Ştatları Pfizer və BioNTech şirkətləri tərəfindən istehsal olunan və yeni təsdiqlənmiş koronavirus peyvəndinin tətbiqinə başladı.

Nyu York ştatının səhiyyə işçilərinə bazar ertəsindən etibarən ilk dozalar vurulub. Tibb bacısı Sandra Lindsay vaksin vurulan ilk şəxs olub.

“İlk peyvənd tətbiq edildi. ABŞ-ı təbrik edirəm! Dünyanı təbrik edirəm! ”- deyə, Prezident Donald Tramp Twitter-də yazıb.

Vaksinin super soyuducu vasitəsi ilə bazar günü Miçiqan ştatının Kalamazoodakı Pfizer-in bir istehsal müəssisəsindən yük maşınları vasitəsi ilə çıxarılaraq sürətli paylanması üçün hava limanına göndərlib.

ABŞ Ərzaq və Dərman İdarəsinin komissarı Stefen Han CNN-ə müsahibəsində bildirib ki, istehsal müəssisəsindən çıxan ilk yük maşınlarında 184 mindən çox flakon olub.

Tibb işçiləri və uzunmüddətli müalicə müəssisələrindəki yaşlı insanlar 2,9 milyonluq dozanın tətbiq ediləcəyi ilk insanlar olacaq.

Bu arada, Prezident Tramp Ağ Evin bəzi işçiləri də daxil olmaqla, yüksək səviyyəli dövlət məmurlarının peyvəndlərin ilk turunda əldə edə biləcəklərinə imkan verəcək təlimatı ləğv edib.

O, bazar günü Twitter-də yazıb ki, Ağ Ev işçiləri peyvəndi
"xüsusi bir zərurət olmadığı təqdirdə, proqramdan bir qədər sonra" əldə edə biləcək.

Tramp peyvənd vurmağı planlaşdırmadığını, lakin "uyğun zamanda" edəcəyini səbirsizliklə gözlədiyini əlavə edib.

Stefen Han bildirib ki, dekabr ayının sonunadək 20 milyon amerikalını iki dozadan birincisi ilə təmin etmək mümkün olacaq.

Hökumətin peyvənd proqramının baş məsləhətçisi Moncef Slaoui "Fox News Sunday"-ə bildirib ki, mart ayının sonunadək 100 milyon amerikalı peyvənlə təmin oluna bilər.

Lakin ABC News-un “Bu həftə” verilişində Han bildirib ki, sorğulara görə müəyyən olub ki, amerikalıların dörddə birinin bu peyvənddən ehtiyat etməsi " ciddi bir problem"-dir.

XS
SM
MD
LG