Accessibility links

ABŞ-da bir sutka ərzində COVID-19-a yoluxma halları daha bir rekord həddə çatıb


Cümə axşamı ABŞ-da COVID-19-a yoluxan və xəstəxanaya yerləşdirilən insanların sayı daha bir rekord həddə çatıb.

COVID İzləmə Layihəsinin bildirdiyinə görə, ABŞ-da çərşənbə günü koronavirusa 144 mindən çox yoluxma halı qeydə alındığı halda, bir gün sonra bu rəqəm 150 mindən çox olub.

Rəqəmlər eyni zamanda bir gündə xəstəxanalara 67 mindən çox insanın yerləşdirildiyini və əvvəlki günə nisbətən 1700 nəfər çox olduğunu, 1104 nəfərin isə öldüyünü göstərib.

Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzindən alınan məlumatlara görə, ABŞ bu ilin əvvəlindən bəri 242.400-dən çox ölüm, 10.5 milyondan çox yoluxma halı ilə dünya ölkələri arasında birinci yerdə gəlir.

Texas ştatından sonra ölkənin insanların ən sıx yaşadığı Kaliforniya ştatında COVID-19-a yoluxma halları 1 milyona yaxınlaşıb.

İtaliya 1 milyondan çox yoluxma halı ilə dünyada 10-cu yerdədir. Hindistan 8.7 milyondan çox, Braziliya isə 5.7 milyonla ABŞ-dan ikinci və üçüncü sonra gəlir. Fransada yoluxma halları 2 milyona yaxınlaşır. Ondan sonra 1.87 milyon yoluxma halı qeydə alınan Rusiya gəlir. İspaniya, Britaniya, Argentina və Kolumbiyada yoluxanların sayı 1 milyona yaxınlaşır.

Şərhlərə bax

XS
SM
MD
LG