Accessibility links

ABŞ-da koronavirusdan ölənlərin sayı 11 olub


Federal rəsmilər ABŞ-ın Vaşinqton ştatından kənarda ilk ölüm hadisəsi də daxil olmaqla, koronavirus səbəbindən ölüm halları 11-ə yüksəldiyi üçün yeni virusun yayılma mərkəzi olan Siyetl bölgəsindəki qocalar evi ilə bağlı araşdırma aparılacağını elan edib.

Kaliforniya ştatının Sakramento şəhəri yaxınlığındakı Placer mahalının rəsmiləri çərşənbə günü San-Fransisko-Meksika kruizindən qayıtdıqdan sonra yaşlı bir insanın öldüyünü bildirib. Həmin şəxsin ümumiyyətlə sağlamlıq problemləri olduğu deyilib.

Kaliforniya qubernatoru Qovin Nyusom çərşənbə günü gecə koronavirus səbəbiylə fövqəladə vəziyyət elan edib. Vaşinqton və Florida artıq fövqəladə vəziyyət elan etmişdi. Havay adası da çərşənbə günü onlara qoşulub.

Vaşinqton ştatı daha bir ölümü təsdiq edib və beləliklə bu ştatda virus səbəbindən ölənlərin sayı 10-a çatıb. Ölənlərin əksəriyyəti Siyetlın şərqindəki Kirkland şəhərindəki `Life Care Center` adlı qocalar evinin sakinləri olub.

Tədqiqatçıların dediyinə görə, virusun həftələrdir aşkarlanmamış olduğu Siyetl bölgəsində azı 39 hadisə qeydə alınıb. Vitse-prezident Mayk Pensin cümə axşamı Olimpia yaxınlığında qubernator Cey İnsli ilə görüşəcəyi gözlənilir.

Ölkə boyu virusa yoluxma halları yayıldıqca və Kaliforniya, İllinoys, Rod Aylend, Nyu York və Vaşinqton ştatlarında yeni yoluxmalar elan edildikdən sonra ştatlar və yerli hakimiyyət orqanları xəstəliyin qarşısının alınnması üçün testə başlayıb.

XS
SM
MD
LG