Accessibility links

“Koronavirus nəfəs yolu ilə yayıla bilir“


ABŞ-da COVID-19 səbəbindən ölüm halları 200 minə yaxınlaşdığı bir vaxt Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirusa yoluxmuş bir insanın digərlərini nəfəs sistemi ilə yoluxdura biləcəyi barədə məlumat açıqlayıb.

Cons Hopkins Universitetinin bazar günü axşam açıqladığı məlumatda ABŞ-da COVID-19-a yoluxma hallarının 6.8 milyona yaxın olduğu bildirilib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin cümə günü veb səhifəsində edilən yeniləmədə koronavirusa yoluxmuş bir insanın öskürərkən, asqırarkən, oxuyarkən, danışarkən və ya nəfəs alarkən virus hissəciklərinin havada qala biləcəyi və digərlərini yoluxduracağına dair dəlillərin artdığı deyilib.

“Bu hissəciklər burun, ağız, həfəs yolları və ağciyərlərə keçə və yoluxmaya səbəb ola bilər. Bunun virusun yayılmasının əsas yolu olduğu düşünülür” - deyə, mərkəzin veb səhifəsində bildirilib.

Bu hissəciklər kimsə mahnı oxuyanda və ya idman edəndə iki metrdən çox məsafəyə yayıla bilər.

Mərkəz özünüzü necə qorumaq barədə yenilənmiş məlumatlar açıqlayıb. Mərkəzin əsas tövsiyəsi insanların bir-birindən 2 metr aralı durulması, əllərin yuyulması, səthlərin tez-tez dezinfeksiya edilməsi və maska taxılmasıdır.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi xəstələrin evdə qalması və təcrid olunması, qapalı yerlərdə havadakı mikrobları azaltmağa yardım etmək üçün hava təmizləyicilərindən istifadə etməsi kimi tövsiyələr edib.

XS
SM
MD
LG