Accessibility links

ABŞ-da bir gündə koronavirusa 100 mindən çox yoluxma halı qeydə alınıb


The Atlantic jurnalının maliyyələşdirdiyi `COVID İzləmə Layihəsi`nin bildirdiyinə görə, koronavirus pandemiyası ABŞ-a çatandan bəri çərşənbə günü ölkədə ilk dəfə yeni COVID-19-a 100 mindən çox təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

Ölkə, əsasən də Orta Qərb və ABŞ-ın Böyük düzənliklər adlandırdığı mərkəzi və qərb bölgələri koronavirusun yenidən canlanmasını yaşayır. `COVID İzləmə Layihəsi` ABŞ-da çərşənbə günü də daxil olmaqla, ardıcıl iki gündə 50 mindən çox koronavirus xəstəsinin xəstəxanaya yerləşdirildiyini bildirib.

Pandemiya Avropanı da ikinci dəfə vurur.

İtaliyanın baş naziri Cuzeppe Konte ölkəsində yenidən canlanan COVID-19-un qarşısını sərt şəkildə almaq üçün müxtəlif dərəcədə məhdudiyyətlər tətbiq edəcək yeni üçpilləli sistem təqdim edib.

Sistemdə İtaliyanın 20 bölgəsi qırmızı, narıncı və sarı rənglərlə üç bölgəyə ayırılıb. Qırmızı ən məhdud bölgələri, sarı isə daha az məhdud bölgələri göstərir. Konte şimal Lombardiya, Pyedmont və Valle d'Aosta və cənub Kalabria bölgəsinin qırmızı zonaya yerləşdiriləcəyini, həmin bölgələrdə insanların iş yerləri və ya tibbi səbəblərdən başqa evlərindən çıxmasına icazə verilməyəcəyini deyib.

Puqliya bölgələri və Siciliyanın cənub adası narıncı, yəni orta səviyyəli olaraq təyin edilib. Narıncı bölgələrin sakinləri şəhər daxilində sərbəst hərəkət edə bilər, lakin yaşadıqları şəhərləri tərk edə bilməz. Həmin bölgələrin bar və restoranlarında da iş sifariş və çatdırılma xidməti ilə məhdudlaşır.

Bütün İtaliyada axşam 10-dan səhər saat 5-ə qədər komendant saatı tətbiq olunur. Muzeylər və ticarət mərkəzləri isə həftə sonu bağlı olur. Məktəblər onlayn rejiminə keçir.

Yeni məhdudiyyətlər cümə günü qüvvəyə minəcək və dekabrın 3-dək davam edəcək.

Virusun yayılmasının qarşısının alınması üçün İtaliya ilə yanaşı Britaniya, Almaniya və Belçika da ciddi məhdudiyyətlər tətbiq edir.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG