Accessibility links

ABŞ-da koronavirusa yoluxma və ölüm halları rekord həddə çatıb


Amerika Birləşmiş Ştatlarında may ayından bəri koronavirusun ən ölümcül günü qeydə alınıb. Eyni zamanda 200 000 yeni yoluxma halları olmaqla, ölkə pandemiya dövrünün ən ağır günlərini yaşayır.

Çərşənbə günü 89 mindən çox insan xəstəxanaya yerləşdirilib ki, bu, ABŞ-da rekord göstərici olub. Şükran bayramı ailə üzvləri və dostları ilə bir araya gəlmək üçün səyahət edən insanların daha çox yoluxmasına səbəb olacaq.

Bir çox ştat rəsmiləri virusun yayılmasının qarşısını almaq üçün məhdudiyyətlər qoysa da, ABŞ-ın Ali Məhkəməsi Nyu York ştatının yoluxmaların sürətlə yayıldığı bölgələrində ibadət evlərini ziyarət etməklə bağlı məhdudiyyətlərin tətbiq edilməsinə qadağa qoyan müvəqqəti sərəncam verib.

5-in 4-ə səs üstünlüyü ilə məhkəmə Bruklindəki Roma Katolik Yepiskoposluğu və iki ortodoks yəhudi icmasının verdiyi şikayət əsasında ştatın qubernatoru Endrü Kuomonun məhdudiyyətlər barədəki qərarını ləğv edib.

İbadət yerlərində10-la 25 arasında insan bir araya gələ bilər. lakin mağazalar və digər mühüm bizneslər adam sayına məhdudiyyət tətbiq etməklə işlərini davam etdirəcək.

Məhkəmənin yeganə mühafizəkar üzvü, baş hakim Con Roberts əksəriyyə qoşulmayıb. O deyib ki, ölümcül pandemiya dövründə ictimai təhlükəsizlik üçün lazım olanlara dair səhiyyə rəsmilərinin qərarlarını ləğv etmək ciddi bir məsələdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG