Accessibility links

ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünyada birinci yerdədir


ABŞ indi təsdiqlənmiş koronavirus hallarının sayına görə dünyada birinci yerdədir. Konqres isə xəstəliyin səbəb olduğu iqtisadi zərərləri azaltmaq üçün hərəkət ərəfəsindədir.

Cümə axşamı Cons Hopkins Tibb Mərkəzi tərəfindən verilən məlumata əsasən ABŞ-da 85 mindən çox yoluxma halı var. Çində bu rəqəm 81.000, İtaliyada isə təqribən 80.500-dür.

ABŞ prezidenti Donald Tramp cümə günü erkən saatlarda yazdığı tvitdə bilririb ki, "Bir az əvvəl Çinin Prezidenti Şi ilə çox yaxşı bir söhbət etdik. Planetimizin böyük hissəsinə təsir göstərən koronavirusu geniş şəkildə müzakirə etdik. Çin bu sahədə çox şey yaşadı və virus haqqında güclü bir bilik inkişaf etdirdi. Birlikdə yaxından işləyirik. Hörmətlər!"

Trampın tvitnin tonu son zamanlar mətbuat kofranslarında xəstəliyi tez-tez alçaldıcı formada “Çin virusu” adlandırmasından çox fərqlənir.

Qeyd edək ki, xəstəliyin ABŞ-dakı episentri Nyu York ştatıdır. Ölkənin ən böyük şəhərin olan Nyu Yorkda qeydə alınmış xəstə sayı 21 mindən çoxdur. Rəsmilər bu sayın gündə ən azı 3000 artdığını bildirir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG