Accessibility links

ABŞ-da 12 və yuxarı yaşdakı uşaqlara Pfizer peyvəndi vurulacaq


ABŞ-da artıq 12 yaş və yuxarı uşaqlara COVID-19 peyvəndləri tətbiq edilə bilər. Bu, onların valideynlərinə və məktəblərə pandemiya ilə əlaədar ehtiyat tədbirlərini yumuşaltmaq imkanı verir və ölkəni virusun idarə edilməsinə bir addım daha yaxınlaşdırır.

Ərzaq və Dərman Administrasiyası bu həftənin əvvəlində bu yaş qrupuna Pfizer peyvəndin tətbiq edilməsinə icazə verəndən sonra çərşənbə günü hökumətin Məsləhət Heyəti də 12 və yuxarı yaşlardakı uşaqlara bu peyvəndin vurulmasını tövsiyə edib.

Vakinlər böyüklərə vurulanlarla eynidirmi?

Bəli. Doza və cədvəl eynidır - Üç həftə ara verməklə iki doza.

Peyvənd olunmasına icazə verilən uşaqlara Pfizer peyvəndi artıq 16 və yuxarı yaşdakı insanlara olduğu kimi, apteklərdə, ştatlarındakı mərkəzlərdə və digər yerlərdə vurula bilər.

Ərzaq və Dərman Administrasiyasının müvəqqəti icraçı komissarı doktor Canet Vudkok jurnalistlərlə "Bütün tətbiqlər daha kiçik yaş qrupuna qədər uzana bilər" deyib.

Kampaniyanı sürətləndirmək üçün məktəblər də peyvənd bölmələri yaratmağa hazırlaşır. Valideynlərin uşaq həkimləri və ilkin tibbi yardım işçiləri ilə özlərini daha rahat hiss edə bilmələri üçün səhiyyə rəsmiləri peyvəndlərin özəl klinikalarda tətbiqinə çalışır.

Pfizer peyvəndinin təhlükəsizliyinin və effektivliyinin son mərhələdəki testlərini 16 və yuxarı yaşdakı 44000 insan üzərində aparıb. Daha sonra peyvəndin yaş qruplarına təsirini müəyyən etmək üçün araşdırmalara 12-15 yaşlar arasında 2200 uşaq da daxil edilib.

Tədqiqat zamanı peyvənd tətbiq olunan uşaqların heç biri COVID-19-a yoluxmayıb, lakin plasebo vurulan 16 uşaqda koronavirusun simptomları üzə çıxıb.

Niyə görə yalnız Pfizer peyvəndi?

Çünki yalnız Almaniyanın partnyoru BioNTech-lə peyvəndi inkişaf etdirən Pfizer yeniyetmələr üzərində sınaqları tamamlayıb. Moderna bu yaxınlarda 12-17 yaşlar arasındakı yeniyetmələr üzərində apardığı araşdırmaların ilkin nəticələrinin müsbət olduğunu və ciddi yan təsirlərinin olmadığını bildirsə də, vaksin yeniyetmələrə tətbiq olunmadan əvvəl dərman tənzimləyiciləri nəticələri nəzərdən keçirməlidirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG