Accessibility links

ABŞ-ın siyasi və ictimai xadimlərindən ibarət qrup Kubaya qarşı sanksiyaların yüngülləşdirilməsini istəyir


Cuba UN US Embargo
Cuba UN US Embargo
ABŞ rəsmiləri, iş adamları və alimlərdən ibarət bir qrup prezident Obamadan Kubaya qarşı 50 ildir qüvvədə olan embarqonu yüngülləşdirməyə çağırır.

Cənab Obamaya yazdıqları açıq məktubda onlar kibalı sahibkarlara hüquq, mülkiyyət və maliyyə xidmətləri sahələrində təlim verə biləcək ekspertlərin Kubaya səfərlərinin qanuniləşdirilməsi və iqtisadi sahədə azad fəaliyyətə dəstək göstərilməsi üçün valyuta sanksiylarının yüngülləşdirilməsi kimi bir sıra addımlar atmasını istəyiblər.

Məktubda deyilir ki, məhdudiyyətlərin azaldılması özəl təşkilatlar və ayrı-ayrı şəxslərə daha geniş azadlıqlar verilməsinə kömək və tədricən Kubada dəyişiklərin başlamasına xidmət edə bilər.

Eyni zamanda, məktubda Kubada dövlətin iqtisadi sektorun bəzi sahələrində nəzarətin azaldılmasına yönəlmiş islahatların bir imkan olduğu qeyd edilir.

Kubaya qarşı ciddi sanksiyaların tərəfdarları bu təklifləri rədd edib.

Məktuba imza atan nüfuzlu siyasi və ictimai xadimlər arasında keçmiş Mili Kəşfiyyat direktoru Con Neqroponte, təqaüddə olan admital Ceyms Stavridis, Dövlət Departamentinin yüksək səviyyəli keçmiş rəsmiləri və tanınmış kubalı amerikalılar var.
XS
SM
MD
LG