Accessibility links

ABŞ-la Çin arasında yüksək səviyyəli danışıqların bərpası ümid verir


Tramp administrasiyası cümə axşamı çinli rəsmilərlə yüksək səviyyəli danışıqları bərpa edib. Onlar qlobal investorları qəzəbləndirən və qlobal iqtisadiyyatla bağlı gözləntilərə kölgə salan ticarət gərginliyini azaltmağa çalışır.

Yaxında ABŞ-Çin arasındakı ticarət müharibəsinə son qoyula bilər.

Çərşənbə günü Reuters-ə verilən məlumata görə, hər iki tərəfdən vasitəçilər Vaşinqtonda öhdəliklərini razılığa daxil etməyə başlayıb.

Ticarət müharibəsi yeddi ay öncə ABŞ prezidenti Donald Trampın Çindən orada biznes aparan Amerika şirkətləri üçün daha bərabər şərtlər irəli sürməsini tələb etməsi ilə başlayıb.

Nəticədə milyardlarla dollar dəyərində məhsullara tariflər tətbiq olunub.

Amma hələ ki, müharibəyə son qoyacaq razılığın əsas müddəaları üzərində işlər aparılır.

Vasitəçilər martın 1-ə, yəni Tramp və Çin prezidenti Şi Tsinpinin ötən il razılaşdığı 90 günlük möhlətin başa çatacağı günədək razılıq əldə etməyə tələsir.

Cümə günü yeni yüksək səviyyəli danışıqlarda ABŞ-ın ticarət nümayəndəsi Robert Laytayzer və Çinin vitse-baş naziri Liu He daxil olmaqla, bir neçə yüksək səviyyəli vasitəçi iştirak edəcək. Danışıqların cümə günü başa çatacağı gözlənilir.

XS
SM
MD
LG