Accessibility links

ABŞ-la Şimali Koreya arasında növbəti zirvə görüşü fevral ayında baş tuta bilər


ABŞ Dövlət Katibi Mayk Pompeo prezident Donald Trampla Şimali Koreya lideri Kim Conq Un arasında fevral ayının sonlarında baş tutacaq növbəti zirvə görüşü üçün Asiyaya nümayəndə heyəti göndərəcəyini bildirib.

Fox News telekanalında çıxışı zamanı Pompeo Şimali Koreyanın ikinci zirvə görüşü üçün razılaşdığını, lakin keçiriləcək yeri barədə məlumat verməyib.

“ABŞ höküməti Şimali Koreya ilə yarımadanın nüvəsizləşdirilməsi yolunda danışıqlar aparır. Şimali Koreya lideri buna hazır olduğunu deyib, bizim amalımız bunu həyata keçirməkdir,” Mayk Pompeo deyib.

Bununla belə, ABŞ milli təhlükəsizlik müşaviri Dan Kouts çərşənbə günü Şimali Koreyanın bütün nüvə silahlarından imtina etmək istəmədiyi və Donald Trampın Pxenyanda böyük nailiyyətlərin əldə olunması bəyanatlarına zidd olaraq fəaliyyətlərini davam etdirdiyini bildirib.

"Hal-hazırda biz Şimali Koreyanın kütləvi qırğın silahları imkanlarını saxlamağa çalışacağını, nüvə silahlarını və onların istehsal imkanlarından tamamilə imtina etməyəcəyini qiymətləndiririk. Buna səbəb liderlərin nüvə silahlarını rejimin yaşaması üçün kritik silah olaraq görməsidir. Bizim qiymətləndirməmiz tam nüvəsizləşdirməyə zidd olan bəzi fəaliyyətlərin müşahidələri ilə dəstəklənir,” Dan Kouts deyir.

Ötən ilin iyun ayında ABŞ prezidenti ilə Şimali Koreya lideri arasında Sinqapurda keçən ilk zirvə görüşü Kimin Koreya yarımadasının nüvəsizləşdirmək öhdəliyinə qeyri-müəyyənlik gətirib.

Prezident Tramp Şimali Koreyanın bu istiqamətdə konkret addımlar atana qədər sanksiyalarını davam etdirəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG