Accessibility links

ABŞ Beyrutdakı partlayışla bağlı istintaqa qoşulacaq


ABŞ-ın yüksək səviyyəli diplomatı David Heyl cümə axşamı ABŞ Federal Təhqiqat Bürosunun Livan və beynəlxalq təhqiqatçıların Livanın paytaxtı Beyrutda çox sayda insanın ölümünə və minlərlə insanın yaralanmasına səbəb olan partlayışla əlaqədar təhqiqatına qoşulacağını deyib.

Beyrutun partlayışdan ən çox zərər görən məhəllələrindən birində olan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini deyib ki, Federal Təhqiqat Bürosu istintaqa Livan hökumətinin dəvəti ilə qatılacaq.

Heyl Federal Təhqiqat Bürosunun araşdırmada iştirakının ABŞ-ın Beyrutdakı böyük partlayışın nəticələrinin öhdəsindən gəlməsinə yardım etməsinin bir yolu olduğunu deyib.

Heylin qarşıdan gələn ki gün ərzində Livan rəsmiləri ilə görüşməsi planlaşdırılır. ABŞ səfirliyi Heylin rəsmilərlə görüş zamanı islahata ehtiyac olduğunu vurğulayacağını bildirib.

Cümə axşamı Livan Parlamentinin spikeri Nabih Berri tez bir zamanda yeni hökumətin yaradılmasına çağırıb. Bu arada isə qanunvericilər çox sayda insanın ölümünə və minlərlə insanın yaralanmasına səbəb olan partlayışdan sonra hökumətin iki həftəlik fövqəladə vəziyyət rejimini təsdiqləyib.

Livanın dövlət mediası Berrinin avqustun 4-də baş verən partlayışından bəri parlamentin ilk iclasında qanunvericiləri "yeni hökumətin qurulmasını sürətləndirməyə" çağırdığını bildirib.

Qanunvericilər yeni kabinetin formalaşması ilə bağlı məsləhətləşmələrə başlayıb. Lakin bu proses təriqətçi sistem tərəfindən idarə olunan ölkədəki ixtilaflar səbəbilə çətinləşib.

XS
SM
MD
LG