Accessibility links

ABŞ Livana yardım göndərir


Birləşmiş Ştatlar Prezident Donald Trampın göstərişi ilə Livana fövqəladə yardım göndərir. Bu yardıma ərzaq, su, tibbi ləvazimatlar daxildir. Yardım çərşənbə axşamı Beyrutda baş verən partlayış səbəbilə göndərilir. Bu barədə cümə günü milli təhlükəsizlik müşaviri Robert C. O’Brayan xəbər verib.

Bundan əlavə ABŞ Livan rəsmiləri ilə birlikdə əlavə tibbi və humanitar ehtiyacları müəyyən etməyə çalışacaq və əlavə yardım göndərəcək. Bəyanatda bildirib ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi həmçinin yardımın koordinasiyası və çatdırılmasına yardım etmək üçün yardım komandası da göndərir.

Dövlət katibi Mayk Pompeonun dediyinə görə, Tramp administrasiya ölkəyə ilk olaraq 17 milyon dollar yardım vəd edib və “Livan xalqı bu faciədən sonra bərpa olmağa çalışdığı müddətdə onlara yardım etməyə davam edəcək.”

Pomeo deyib ki, ABŞ yardımla yanaşı digər ölkələrlə birlikə partlayışın səbəbi ilə bağlı “hərtərəfli və şəffaf təhqiqat”ın aparılmasına çağırır.

Birləmiş Millətlər Təşkilatının xilasediciləri cümə günü sağ qalanları axtarıblar. Fransa və Rusiyanın xilasedici komandaları da cümə günü ərazidə itlərlə birlikdə axtarış aparıblar.

Livan rəsmiləri bu həftə təxminən 150 nəfərin ölümün, 5000-dən çox insanın yaranması və 300 minə yaxın insanın evsiz qalması ilə nəticələnən partlayışa son altı ildir anbarda saxlanılan ammonium nitritin səbəb olduğuna inanırlar.

Yaralananlar arasında Niderlandın Livana səfiri Hedviq Voltmaans-Molyerin həyat yoldaşı da var.

Bu arada isə Livan rəsmiləri ölənlərin sayının artacağını gözlədiklərini deyiblər. Şəhərə dəyən ziyanın 15 milyard dollar olduğu güman edilir.

Livanın səhiyyə rəsmiləri həmçinin bu fəlakətin koronavirus pandemiyasını çətinləşdirəcəyindən narahatdırlar.

Rusiya Livana 50 tibb işçisi ilə birlikdə mobil hərbi hospital göndərib. Qatar sahə xəstəxanası, İraq isə tibb işçiləri və yük maşınları ilə dolu ləvazimat göndərir.

Tunis xəstələri müalicə üçün ora aparmağı təklif edib. Almaniya da bir qrup Avstralia, Britaniya, Macarıstan və başqa ölkələr maliyyə yardımı vəd ediblər.

XS
SM
MD
LG