Accessibility links

ABŞ Liviya məsələsində Rusiya ilə işləmək istəyir


ABŞ Dövlət katibi Mayk Pompeo çərşənbə günü rusiyalı həmkarı Sergey Lavrova silah embarqosunu xatırladaraq, ABŞ-ın Liviyadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə işləmək istədiyini bildirib.

Mətbuat konfransında çıxış edən Pompeo keçən ay itkin düşən pilotsuz ABŞ təyyarəsi ilə bağlı şərh verməkdən imtina etdib. Reuters xəbər verir ki, ABŞ hərbi qüvvələri pilotsuz təyyarənin əslində Rusiyanın hava müdafiə sistemləri tərəfindən vurulduğuna inanır və Vaşinqton təyyarənin qalıqlarının qaytarılmasını tələb edir.

ABŞ prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo çərşənbə axşamı günü Rusiya xarici işlər naziri Sergey Lavrovla Dövlət Departamentində və Ağ Evdə görüşlər keçirib. Görüşlər zamanı Ukrayna, İran, Şimali Koreya və Suriyada vəziyyət müzakirələrin diqqət mərkəzində olub.

XS
SM
MD
LG