ABŞ müdafiə naziri vəzifəsini icra edən Pat Şanahan cümə axşamı bildirib ki, ABŞ prezidenti Donald Trampın Yaponiya səfəri zamanı Ağ Evin USS John S. McCain ABŞ hərbi gəmisinə “gözə görünməmək” göstərişi haqqında məlumatsızdır.
Şanahan McCain gəmisi barəsində ilk dəfə İndoneziyaya səfəri zamanı danışıb.
“Sizə deyim ki, ilk dəfə qəzet oxuyanda öyrəndim. Hərəkət baxımından deyə bilərəm ki, mənim yerini dəyişdirdiyim yeganə gəmi USS Abraham Lincoln idi. Mən daha çox məlumat əldə etməliyəm. Bu barədə ilk məlumatı səhər aldım.”
Amerikanın Səsinin şahidi olduğu email Trampın səfəri ərəfəsində USS John S. McCain gəmisi, Ağ Evin Hərbi İdarəsi və ABŞ-ın 7-ci Dəniz Donanması arasında müzakirələr edildiyini göstərir.
Tramp Twitter vasitəsilə bildirib ki, sonuncu Yaponiya səfəri zamanı USS John S. McCain gəmisi ilə bağlı heç bir məlumatı olmayıb.
Trampın keçən il vəfat edən senator Makkeyn ilə gərgin münasibətləri var idi.