Accessibility links

ABŞ Müdafiə Naziri: İran maraqlarımıza qarşı növbəti hücumlar planlaşdıra bilər


VAŞİNQTON – İran və onun regional tərəfdaşları Yaxın Şərqdə Amerika maraqlarına növbəti hücumlar planlaşdıra bilərlər, deyə ABŞ müdafiə naziri Mark Esper xəbərdarlıq edib.

Detallara varmadan müxbirlərlə Pentaqonda danışan Esper deyib ki, Vaşinqton İranından yeni təxribatlar qaynaqlanacağına dair işarələr müşahidə edir. Əgər bu baş verərsə, ABŞ kifayət qədər xəbərdarlıq olduğu təqdirdə önləyici tədbirlər görəcək.

Esper bu bəyanatı Küveytə yüzlərlə ABŞ əsgəri göndərilməsindən iki gün sonra verib.

Yüzlərlə əsgər ABŞ-ın İraqdakı səfirliyinə iranpərəst yarı-hərbi dəstə üzvlərinin hücum etməsindən sonra göndərilib.

Baş Qərargahlar rəisi General Mark Milley ilə yanaşı duraraq danışan Esper bəyan edib ki, səfirliyiə növbəti dəfə hücum etmək istəyənlər “biçiləcək”.

İraq şiə yarı-hərbi dəstələri ABŞ səfirliyi önündə. Bağdad, İraq. 31 dekabr, 2019.
İraq şiə yarı-hərbi dəstələri ABŞ səfirliyi önündə. Bağdad, İraq. 31 dekabr, 2019.

Böyük bir izdiham çərşənbə axşamı Bağdaddakı səfirliyin divarlarını aşaraq bir neçə yeri yandırıb. Bu gecə isə bəziləri səfirliyin sərhədini keçmədən kompleksin önündə etiraz edib.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı müxbirlərə deyib ki, o, ABŞ təsislərinə vurulan ziyanlara və yaralananlara görə İranı cavabdeh tutur.

"Onlar çox böyük bədəl ödəyəcək. Bu, xəbərdarlıq deyil. Bu, təhdiddir," Tramp Twitterdə yazıb.

Tramp deyib ki, o, Birləşmiş Ştatların İranla müharibə edəcəyini düşünmür.

"Məncə İran bunun baş verməsini istəməz. Bu çox tez baş verə bilər," Tramp əlavə edib.

İranın ali dini lideri Ayətullah Əli Xamenei çərşənbə axşamı Twitter hesabında ABŞ-ın İraq və Suriyadakı addımlarını qınayıb və Trampın bəyanatına birbaşa cavab olaraq “sən heç nə edə bilməzsən” deyib.

Şərhlərə bax

XS
SM
MD
LG