Accessibility links

ABŞ Müdafiə Naziri İran məsələsinə görə israillilərlə görüşür


İsrailə səfər edən ABŞ Müdafiə Naziri Lloyd Ostin bazar ertəsi İran məsələsi ilə əlaqədar İsrail rəsmiləri ilə görüşüb.

Görüş İranın mühüm nüvə bazası Natanzın elektirikinin kəsilməsinin ardınca baş tutub. İran rəsmiləri hücuma görə İsaili günahlandırır və intiqam alacağı ilə hədələyir.

Natanz kimi hücumlarda nadir hallarda məsuliyyətini üzərinə götürən İsrail bazar ertəsi çıxan xəbərlərdə hücumun İranın nüvə proqramını doqquz ay geri atdığını bildirir.

Lakin İsrail ordusunun Baş Qərargah rəisi Aviv Koçavi ölkəsinin bu hücumla əlaqəli ola biləcəyini işarə edib.

Koçavi İsrail ordusunun Yaxın Şərqdəki fəaliyyətinin "düşmənin gözündən gizli olmadığını, bizi izlədiklərini, imkanlarımızı gördüklərini" söyləyib.

ABŞ Prezidenti Co Bayden administrasiyasından İsraili ziyarət edən ilk rəsmisi olan Ostin İran məsələsinə birbaşa olaraq toxunmayıb və yalnız İsrail Müdafiə Naziri Benni Qantzla regional təhlükəsizlik problemlərini müzakirə etdiklərini bildirib.

Ostinin səfəri ABŞ-ın keçmiş prezident Trampın 2015-ci ildə müqavilədən çıxmasından sonra İranla nüvə anlaşmasının yenidən müzakirəsi ilə bağlı danışıqların keçirildiyi bir vaxtda təsadüf edir.

İsrailin Baş naziri Benyamin Netanyahu bu müqavilənin İrana nüvə silahı əldə etməsinə qanuni formada yol verdiyini deyərək ona qəti şəkildə etiraz edir.

İran analitiki Eldad Şavit deyib ki, İsrail ilə İran arasında artan gərginlik İranla Bayden administrasiyasını anlaşmaya daha da yaxınlaşdıra bilər.

XS
SM
MD
LG