ABŞ müdafiə naziri Cim Mattis çərşənbə günü Sərhəd Patrul agentlərini dəstəkləyən Amerikanın minlərlə əsgəri qüvvəsinin vəziyyəti ilə tanışlıq məqsədilə ABŞ-ın Meksika ilə sərhədinə gedib.
Bizim ölkədə insanlara ehtiyacımız var, amma onlar qanuni yolla gəlməlidir və hər hansı kvalifikasiyaları olmalıdır.Donald Tramp
Mattisin səfərindən öncə hərbi qüvvələr və sərhəd polisi prezident Donald Trampın Mərkəzi Amerika ölkələrindən sığınacaq almaq istəyən miqrant karvanının ABŞ-a daxil olmasının qarşısını almaq çağırışlarıının bir hissəsi olaraq sərhəddə tikanlı məftil quraşdırır.
"Çox xoşbəxtəm, çünki hamımız ailəmizin gələcəyi üçün imkan yaratmağa bir addım daha yaxınıq”-deyə, honduraslı mühacir Qerman Misael bildirib.
Sərhəd təhlükəsizliyinə kömək etmək üçün göndərilmiş ABŞ qüvvələrinin sərhəddən keçən miqrantların həbs edilməsi kimi hüquq-mühafizə orqanlarının fəaliyyətini yerinə yetirməsi qadağan edilir.
Mattisin sərhəd bölgəsinə səfəri mənbələrin bildirdiyinə görə, Trampın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Kirstyen Nielsonu vəzifəsindən azad etməyi nəzərdən keçirdiyi vaxta təsadüf edir.