Accessibility links

ABŞ müdafiə naziri: Səudiyyəli jurnalistin qətli regional sabitliyə təhlükədir


ABŞ müdafiə naziri Cim Mattis

Camal Xaşuqcinin öldürülməsi regional sabitliyi təhlükəyə atır və ABŞ Dövlət Departamenti bu qətlə görə cavab adımları atmağı planlaşdırır. Bu sözləri ABŞ müdafiə naziri Cim Mattis şənbə günü Yaxın Şərqdə keçirilən beynəlxalq konfransda bildirib.

Mattis 2 oktyabr tarixində Xaşuqcinin Səudiyyə Ərəbistanı konsulluğunda öldürülməsi məsələsində krallığın adını qeyd etməyib. Lakin o, dövlət katibi Mayk Pompeonun Washington Post qəzetinin yazarının qətlində əlaqəsi olan insanların vizalarının ləğv etdiyini və digər tədbirlərin də görüləcəyini bildirib.

Səudiyyə Ərəbistanının baş diplomatı isə daha öncə bildirib ki, Xaşuqcinin ölümü ilə bağlı qlobal səs-küy və medianın diqqəti “isterika” halını alıb:

“Bu artıq isterika halını alıb. Düşünürəm ki, insanlar sadəcə istintaq bitmədən əminliklə Səudiyyə Ərəbistanının təqsirli olduğunu müəyyən ediblər.”

Krallığın xarici işlər naziri Adel Əl-Cübeyr Bəhreyndə keçirilən beynəlxalq konfrans zamanı Xaşuqcinin qətlində vəliəhdin əlaqəsi olması ilə bağlı artan skeptisizmlə əlaqədar Qərb jurnalistlərinin suallarını cavablandırmağa çalışıb.

Mattis Səudiyyə Ərəbistanının birbaşa qünahlandırmayıb və ABŞ Konqresi üzvlərinin Səudiyyə Ərəbistanı ilə sılah sazişlərini ləğv etməklə bağlı çağırışları qeyd etməyib. Lakin onun bu mövzu ilə bağlı geniş danışması, bu hadisənin milli təhlükəsizlik məsələlərinə və ABŞ-ın müttəfiqləri ilə münasibətlərinə təsir edəcəyinə işarə edir.

ABŞ müdafiə naziri sonda əlavə edib ki, o prezident Donald Tramp və dövlət katibi Mayk Pompeo ilə bu məsələnin daha geniş təsirləri ətrafında məsləhətləşmələrinə davam edəcək.

XS
SM
MD
LG