Accessibility links

Səudiyyə Ərəbistanı Xaşuqcinin konsulluqda öldüyünü etiraf etdi


Camal Xaşuqci
Camal Xaşuqci

Səudiyyə Ərəbistanı şənbə günü səudiyyəli jurnalist Camal Xaşuqcinin öldüyünü və insidentlə bağlı iki yüksək rütbəli rəsmini vəzifələrindən azad edildiyini bildirib. Hadisə beynəlxalq səs-küyə və Riyadla Qərb arasında münasibətlərin gərginləşməsinə səbəb olub. ​

Daha öncə Səudiyyə Ərəbistanı ittihamları rədd etmiş, Xaşuqcinin konsulluğu tərk etdiyini söyləmişdi

Səudiyyə Ərəbistanının ictimai prokurorunun bəyanatında bildirilir ki, Xaşuqci ilə onu konsulluqda qarşılayan şəxslər arasında dava düşüb və onun ölümü ilə nəticələnib.

"İstintaq hələ də aparılır və 18 səudiyyəli həbs olunub," deyə dövlət mediasında yayımlanan bəyanatda bildirilir. Bəyanatda həmçinin qeyd edilir ki, kral ailəsinin müşaviri Səud Kahtani və kəşfiyyat idarəsinin rəis müavini Əhməd Əsiri vəzifələrindən azad edilib.

Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın tənqidçisi oktyabrın 2-də evlənməsi üçün tələb olunan sənədləri almaq üçün konsulluğa getmişdi. Lakin sonradan onun nişanlısı Hatice Cengiz onun konsulluğu tərk etmədiyini bildirmişdi.

Xaşuqci yoxa çıxandan bəri ilk dəfədir ki, səudiyyəlilər onun öldüyünü təsdiq edir.

Türkiyə rəsmiləri onun binada ikən öldüyünü söyləyirdilər. Türklər onlarda Xaşuqcinin öldüyünə dair video və audio dəlillərin olduğunu beynəlxalq mediaya bildirmişdilər. Lakin daha öncə Səudiyyə Ərəbistanı ittihamları rədd etmiş, Xaşuqcinin konsulluğu tərk etdiyini söyləmişdi.

Dövlət mediası bildirib ki, kral Salman baş kəşfiyyat idarəsinin yenidən qurulması üçün şahzadənin başçlığı altında nazirlər komitəsinin yaradılmasına göstəriş verib.

Türkiyə müstəntiqləri cümə axşamı İstanbulda Səudiyyə Ərəbistanı konsulluğunda və konsulun yaxınlıqda yerləşən iqamətgahında səudiyyəli jurnalist Camal Xaşuqcinin ölümü ilə əlaqədar axtarış həyata keçirib.

Bundan öncə tibbi ekspertiza komandası bazar ertəsi konsulluqda, oktyabrın 2-də ora daxil olandan sonra Xaşuqcinin başına nə gəldiyini öyrənməyə çalışıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG