Accessibility links

ABŞ Müdafiə naziri serjant Berqdalın dəyişdirilməsi ilə bağlı Konqresdə ifadə verir


ABŞ Müdafiə naziri Çak Heygelin amerikalı əsgərin beş Taliban üzvü ilə dəyişdirilməsi ilə bağlı mübahisələrə səbəb olmuş proseslə bağlı yeni məlumatları açıqlayacağı gözlənilir.

Cənab Heygel Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr komitəsində qanunvericilər qarşısında Obama administrasiyasının Konqresə məhbusların mübadiləsi ilə bağlı məlumatı əvvəlcədən xəbər verməməsi ilə bağlı sualları cavablandırır.

Bu həftənin əvvəlli administrasiya rəsmiləri serjant Boui Berqdalın taliban üzvlərilə ilə dəyişdirilməsinə dair Nümayəndələr Palatasına qısa məlumat verib.

Respublikaçılar və bəzi demokratlar razılaşma barədə əvvəlcədən xəbərləri olmaması və administrasiyanın 80-90 rəsminin bunu bilməsi ilə bağlı narazılıqlarını ifadə ediblər.

Taliban 28 yaşlı əsgəri 2009-cu ildə Əfqanistana gəldikdən iki ay sonra ələ keçirmişdi. Onun necə ələ keçirildiyi ilə bağlı təfərrüatlar məlum deyil.

Taliban Berqdahlı keçən həftə ABŞ-ın Kubada Quantanamo məhbəsində saxlanılan beş yaraqlının qarşılığında azad edib.
XS
SM
MD
LG