Accessibility links

ABŞ Müdafiə Naziri: Taliban Qəzniyə hücumla diqqət cəlb etməyə çalışır


ABŞ Müdafiə Naziri Cim Mattis üsyançıların Əfqanıstanın ikinci ən iri şəhəri olan Qəzniyə hücumundan sonra məqsədlərinə çatmadığından Taliban döyüşçülərinin daha kəskin hücumlar törədəcəyini proqnozlaşdırır.

Cümə axşamı ABŞ təyyarəsindəki jurnalistlərə müsahibə verən Mattis Talibanın hücum əsnasında altı bölgəni hədəf aldığını, lakin onlardan heç birinə nəzarəti ələ ala bilmədiyini söyləyib.

Bir həftə öncəki hücum

Ötən cümə günü Taliban döyüşçüləri hücuma başlayıb, qarşıları alınana qədər şəhərin mərkəzinə qədər irəliləyə bilmişlər.

Onlar indi seçkilərdə qalib gələ bilmədikləri üçün, terrordan, bombalardan istifadə edirlər.

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Kömək Təşkilatının məlumatına görə, sıx məskunlaşmış ərazilərdə döyüşlər 150-dən çox mülki vətəndaşın ölümünə səbəb olub. Döyüşlərdə yüzlərlə Taliban döyüşçüsü və təhlükəsizlik qüvvələrinin əsgərləri həlak olub.

Mattis hücumu "mətbuatın diqqətini çəkmək" üçün ölümcül kələk adlandırıb və bildirib ki, Taliban çox güman ki, təklif olunan atəşkəsdən və Əfqanıstan seçkilərindən öncə “günahsız insanların qətlini” davam edəcək.

"Onlar indi seçkilərdə qalib gələ bilmədikləri üçün, terrordan, bombalardan istifadə edirlər."

Taliban gizlənir

Mattis bildirib ki, bəzi Taliban döyüşçüləri hazırda aparılan təmizləmə əməliyyatları zamanı Qəznidəki evlərdə gizlənirlər. Lakin Kabilin təqribən 150 kilometr cənub-şərqində yerləşən və hücuma məruz qalmış şəhərə ticarət yenidən qayıdır.

Ölümcül toqquşmalar təxminən beş gün davam edib. Hücumlar nəticəsində didərgin düşən ailələrin verdiyi məlumata görə döyüşlər zamanı şəhər binalarının əksəriyyəti yandırılıb.

XS
SM
MD
LG