Accessibility links

ABŞ müdafiə naziri vəzifəsindən gedir


ABŞ müdafiə naziri Ceyms Mattis fevral ayında tutduğu vəzifəni tərk edəcək. Bildirilir ki, bu qərarın səbəbi Mattisin mövqeyinin prezident Trampın mövqeyilə uzlaşmamasıdır.

Xəbər Trampın Suriyadan ABŞ qoşunlarını çıxarılacağını deməsindən bir neçə gün sonraya təsadüf edir. Pentaqon bu addıma qarşıdır.

Tramp Mattisin təqaüdə çıxdığını dediyi bir zaman, müdafiə naziri Pentaqonda istefaya gedəcəyini yazdığı məktubu ictimailəşdirib.

Ağ Ev sözçüsü Sara Sanders cümə axşamı Mattisin vəzifəsindən planlaşdırılan gedişi haqqında danışıb.

Sara Sanders, Ağ Ev mətbuat katibi: “Vəzifəsindən getdiyi zaman o Tramp administrasiyasında iki il xidmət etmiş olacaq. O və prezident yaxşı münasibətlərdədir, amma bəzən onların fikir ayrılığı olurdu. Prezident hər zaman özünün milli təhlükəsizlik komandası üzvlərinə qulaq asır. Lakin günün sonu qərar verməli olan şəxs prezidentdir.”

Suriya məsələsi ilə yanaşı, Mattis və Tramp arasında Rusiya prezidenti Vladimir Putinlə bağlı gərginliklər olub.

Mattis inanır ki, Rusiya prezidenti NATO-nu və Qərb demokratiyalarını zəiflətməyə çalışır.

Tramp isə öz növbəsində Putinin liderlik bacarılqlarını vurğulamaqla yanaşı, Rusiyanı aparıcı sənayə dövlətləri sıralarında mövqeyinin bərpa etməsinə çağırışı ABŞ-ın müttəfiqləri arasında narahatlıqlara səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG