Accessibility links

ABŞ müttəfiqlərinə: İranla biznes əlaqələri olan şirkətlərin sanksiyalardan istisnası mümkün deyil


ABŞ Avropa müttəfiqlərinin İranla biznes əlaqələri olan şirkətlərin sanksiyalardan istisnası tələbini rədd edib. Lakin rəsmilər Vaşinqtonun hər bir şirkətin ayrı-ayrılıqda nəzərdən keçiriləcəyini bildirir.

“İstisnalara yol verilməyəcək. Babalıq edilməyəcək. Hər bir vəziyyətə tək-tək baxılacaq” - deyə, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

Stiven Mnuçin
Stiven Mnuçin

“Biz neft hasilatını sıfıra endirməyə çalışırıq. Lakin bir gecə ərzində buna nail olan alacaqsa, o halda istsnalar da mümkündür” , Mnuçin qlobal neft bazarlarında ixtisarlara yol verilməməsinə çalışan Vaşinqtonun mövqeyindən çıxış edib.

O əlavə edib ki, həmkarlarımızdan sanksiyaların tətbiqini istəyirik, lakin spesifik bir durum olsa, dinləməyə hazırıq.

Nazirin dedikləri Böyük İyirmiliyin (G-20) Buenos-Ayres görüşündən əvvələ təsadüf edir. Britaniya, Almaniya Fransa və Avropanın digər ölkələrinin maliyyə nazirləri görüşdə iştirak edəcək. İran neftinin ən böyük alıcıları-Çin, Hindistan və Yaponiya da sammitə qatılacaq.

Ötən cümə günü Amerikanın Səsinin "ABŞ-ın müttəfiqlərindən neft hasilatının ixtisarına dair razılıq əldə edibmi?" sualının cavabında ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, o, şəxsən özü ölkələrlə danışıqlar aparıb və onlar nə istədiyimizi başa düşür.

Mayk Pompeo
Mayk Pompeo

ABŞ dövlət katibi Mayk Pompeo NATO sammiti zamanı müttəfiqlərlə görüşlər keçirərək, onları İranın neft təminatını ilə bağlı problemlər yaratmaq cəhdlərinin uğursuz olacağına inandırmağa çalışıb.

İran prezidenti Həsən Ruhani ABŞ-ın bütün ölkələri İrandan neft almamasına məcbur etməyə davam etdiyi halda, onların Hörmüz boğazı vasitəsilə ixrac edlən neftin təminatında kəsintilər yaradacağı ilə bağlı hədələyib.

XS
SM
MD
LG